30 sentyabr 2025, çərşənbə axşamı

Gündəlik İşıq

30 sen 2025

Amma tutduğum yolu O tanıyır, Məni sınayan zaman qızıl kimi çıxaram.

ƏYYUB 23:10

Çünki necə yarandığımızı bilir, Torpaqdan düzəlməyimizi unutmur.

ZƏBUR 103:14

Çünki ürəkdən istəyərək bəşər övladlarına əzab verməz, Heç kimi kədərləndirməz.

MƏRSİYƏLƏR 3:33

Lakin Allahın atdığı möhkəm təməl bu sözlərlə möhürlənib durur: «Rəbb Özününküləri tanıyır» və «Rəbbin adını ağzına alan hər kəs haqsızlıqdan uzaqlaşsın». Böyük bir evdə yalnız qızıl və gümüş qablar deyil, həmçinin taxta və gil qablar da var. Onlardan bəzisi şərəfli, bəzisi də şərəfsiz iş üçün istifadə olunur. Beləliklə, kim özünü şərəfsiz işlərdən təmizləsə, şərəfli işlərə uyğun, təqdis olunmuş, Sahibinə faydalı, hər yaxşı iş üçün hazırlanmış qab olacaq.

2 TİMOTEYƏ 2:19-21

O, gümüş əridib təmizləyən adam kimi rəftar edəcək: Levililəri saflaşdırıb qızıl və gümüşü təmizləyən kimi təmizləyəcək. Beləcə salehliklə Rəbbə qurbanlar gətirəcəklər.

MALAKİ 3:3

«Qalan üçdə birini oda salacağam, Onları gümüşü təmizləyən kimi təmizləyəcəyəm. Qızılı yoxlayan kimi yoxlayacağam. Onlar Mənim adımı çağıracaq, Mən də onlara cavab verib “Bunlar Mənim xalqımdır” deyəcəyəm, Onlar da “Rəbb Allahımızdır” deyəcək.

ZƏKƏRİYYƏ 13:9

Süni intellektlə tərcümə edilib, Müqəddəs Kitab sitatları da daxil olmaqla — istənilən istinadı açın və Azərbaycan Bibliyası 2008 tərcüməsində oxuyun.

Sizin əlinizdəki Müqəddəs Kitab Allahın Kəlamıdır. Müqəddəs Kitab Allahdan ilham almış Müqəddəs Yazılar toplusudur.

Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).

Son günlər