30 sen 2025
Gündəlik İşıq, 1 oktyabr: Müqəddəs Ruhun səmərəsi isə budur
Gündəlik İşıq
Müqəddəs Ruhun səmərəsi isə budur ... nəfsə hakim olmaq.
Qalati̇yalilara 5:22–23
Yarışda iştirak edən hər kəs hər cəhətdən öz nəfsinə hakimdir. Onlar bunu solub gedən dəfnə çələngi almaq üçün edər, biz isə solmaz tac almaq üçün çalışırıq. Beləliklə, mən də məqsədsiz qaçmıram. Havanı vuran adam kimi yumruq atmıram. Lakin bədənimi məcburən özümə qul edirəm ki, başqalarına vəz edəndən sonra mükafatımdan məhrum olmayım.
1 Kori̇nfli̇lərə 9:25–27
Şərabdan sərxoş olmayın, bu sizi mənəviyyatsızlığa aparır. Bunun əvəzinə Ruhla dolun.
Efesli̇lərə 5:18
Əgər bir kəs Mənim ardımca gəlmək istəyirsə, özündən imtina etsin və çarmıxını götürüb ardımca gəlsin.
Matta 16:24
Ona görə gəlin başqaları kimi yatmayaq, əksinə, oyanıb ayıq-sayıq dayanaq. Çünki yatanlar gecə yatır, əyyaşlar da gecə vaxtı əyyaşlıq edir. Gündüzə aid olan bizlərsə iman və məhəbbətlə döşümüzə zireh taxaraq xilas ümidini dəbilqə kimi başımıza qoyub ayıq-sayıq olaq.
1 Saloni̇kli̇lərə 5:6–8
Bu lütf bizə allahsızlığı və dünyəvi ehtirasları rədd edib, bu dövrdə ağıllı-kamallı, saleh və möminliyə uyğun bir ömür sürməyi öyrədir. Bu ərəfədə bəxtiyarlıq gətirən ümidimizin gerçəkləşməsini, ulu Allah və Xilaskarımız İsa Məsihin izzətinin zühurunu gözləyək.
Ti̇tə 2:12–13
Məhəbbətlə həqiqəti yerinə yetirərək bədənin Başı olan Məsihə bənzəmək üçün hərtərəfli böyüyək.
Efesli̇lərə 4:15
Sonra sünbül, daha sonra sünbülün dənləri iriləşib yetişir.
Mark 4:28
Bunun nəticəsində hamımız imanda və Allahın Oğlunu tanımaqda birliyə, kamil insan səviyyəsinə, Məsihin tam yetkinliyi həddinə çatacağıq.
Efesli̇lərə 4:13
Özlərini öz arşınları ilə ölçə-ölçə, həmçinin özlərini özləri ilə müqayisə edə-edə onlar dərrakələrini itirdilər. «Öyünən Rəbdə öyünsün». Çünki özü barədə zəmanət verən insan yox, barəsində Rəbbin zəmanət verdiyi insan sınaqdan keçmiş olur.
2 Kori̇nfli̇lərə 10:12, 17–18
əsli isə Məsihdədir. Qoy heç kim sizdən mütilik və mələklərə səcdə tələb edərək sizi mükafatınızdan məhrum etməsin. Belə bir şəxs gördüyü görüntülərə güvənir və boş yerə öz cismani ağlı ilə lovğalanır. O, bədənin Başı olan Məsih ilə əlaqəni itirdi. Bütün bədən buğumlar və bağlarla üzvi surətdə Məsihə bağlanaraq təmin olunur, qurulur və Allah bəslədiyinə görə böyüyür.
Kolosseli̇lərə 2:17–19
Lakin Rəbbimiz və Xilaskarımız İsa Məsihin lütfündə və Onu tanımaqda böyüyün.
2 Peter 3:18
Müqəddəs Yazı seçimləri Gündəlik Yolda Gündəlik İşıqdan (ictimai domen tərtibatı).
Son günlər
Hamısına bax29 sen 2025
1 Yəhya 3:16 · Efesli̇lərə 3:19
28 sen 2025
Saylar 6:27 · Yeşaya 26:13
27 sen 2025
1 Peter 5:6 · Süleymanin Məsəlləri̇ 16:5
26 sen 2025
Qanunun Təkrari 32:4 · 1 Peter 2:23
25 sen 2025
Yaqub 1:4 · 1 Peter 1:6–7
24 sen 2025
Zəbur 73:28 · Zəbur 26:8
