5 okt 2025
Gündəlik İşıq, 6 oktyabr: Padşahlıq taxtına çıxdı!
Gündəlik İşıq
Padşahlıq taxtına çıxdı!
Vəhy 19:6
Bilirəm, Sən hər şeyə qadirsən.
Əyyub 42:2
İnsan üçün qeyri-mümkün olan, Allah üçün mümkündür.
Luka 18:27
O həm səma ordusunun, həm də dünyada yaşayanların arasında Öz hökmünü yeridir. Onun əlini saxlayacaq yaxud Ona “Nə edirsən?” deyəcək bir kəs yoxdur.
Dani̇el 4:35
Mənim əlimdən qurtaran yoxdur. Mən bir şey edəndə buna kim mane ola bilər?
Yeşaya 43:13
Abba – Ata, Sənin üçün hər şey mümkündür.
Mark 14:36
Bunu etməyə qadir olduğuma inanırsınızmı?» Kor adamlar Ona dedilər: «Bəli, ya Rəbb». O zaman İsa onların gözlərinə toxunaraq dedi: «Sizə imanınıza görə olsun.
Matta 9:28–29
Məni pak edə bilərsən» deyərək Ona səcdə qıldı. İsa əlini uzadıb ona toxundu və dedi: «İstəyirəm.
Matta 8:2–3
Qüdrətli Allah.
Yeşaya 9:6
Göydə və yer üzündə bütün səlahiyyət Mənə verilmişdir.
Matta 28:18
Bəziləri döyüş arabaları, bəziləri atları ilə öyünür, Bizsə Allahımız Rəbbin adı ilə öyünürük.
Zəbur 20:7
Möhkəm və cəsarətli olun. Aşşur padşahından və onun yanında olan çoxlu qoşundan qorxmayın ... çünki bizimlə olan onunla olandan böyükdür.
İki̇nci̇ Salnamələr 32:7
Eli ondan soruşub dedi: Rəbb sənə nə dedi? Rica edirəm.
Bi̇ri̇nci̇ Şamuel 3:17
Ey insan, Allah sənə yaxşı olanı bildirdi; Ədalət yaratmaqdan, məhəbbət göstərməyi sevməkdən, İtaətkarcasına Allahınla bir yol getməkdən başqa Rəbb səndən nə istəyir ki?
Mi̇keya 6:8
Bu gün xoş güzəranın üçün sənə buyurduğum Rəbbin əmr və qaydalarına riayət et.
Qanunun Təkrari 10:13
Qanuna əməl etməyə əsaslananların hamısı lənət altındadır. Çünki yazılıb: «Qoy Qanun kitabında yazılan hər şeyə riayət etməyən, onu təsdiq etməyən hər kəsə lənət olsun!» Aydındır ki, Allah qarşısında heç kim Qanun vasitəsilə saleh sayılmır, çünki «saleh adam imanla yaşayacaq». Bəs Qanun nə üçündür? Qanun Əhdi pozanları təqsirləndirmək üçün əlavə olundu. Vədi alan və İbrahimin nəslindən olan Şəxs gələnə qədər qüvvədə qalmalı idi.
Qalati̇yalilara 3:10–11, 19
Allah qədim zamanlarda dəfələrlə və müxtəlif yollarla əcdadlarımıza peyğəmbərlər vasitəsilə müraciət etmişdi. Amma bu axır zamanda O bizə Oğul vasitəsilə müraciət etdi.
İbrani̇lərə 1:1–2
Danış, ya Rəbb, qulun Səni eşidir.
Bi̇ri̇nci̇ Şamuel 3:9
Müqəddəs Yazı seçimləri Gündəlik Yolda Gündəlik İşıqdan (ictimai domen tərtibatı).
Son günlər
Hamısına bax4 okt 2025
Çixiş 34:29 · Zəbur 115:1
3 okt 2025
Vəhy 1:5 · Nəğmələr Nəğməsi̇ 8:7
2 okt 2025
Levi̇li̇lər 16:22 · Zəbur 103:12
1 okt 2025
Qalati̇yalilara 5:22–23 · 1 Kori̇nfli̇lərə 9:25–27
30 sen 2025
Əyyub 23:10 · Zəbur 103:14
29 sen 2025
1 Yəhya 3:16 · Efesli̇lərə 3:19
