İtaətkarları ədalət yolu ilə aparır, Öz yolunu onlara öyrədir.
ZƏBUR 25:9
Gündəlik İşıq
İtaətkarları ədalət yolu ilə aparır, Öz yolunu onlara öyrədir.
ZƏBUR 25:9
Nə bəxtiyardır həlimlər! Çünki onlar yer üzünü irs alacaq.
MATTA 5:5
Səma altında daha bir şey də gördüm: Yarışı həmişə bərk qaçanlar udmur, Müharibədə həmişə igidlər qalib gəlmir. Çörək həmişə müdriklərə, Var-dövlət həmişə ağıllılara nəsib olmur, Hörmət alimlərə göstərilmir. Ancaq zaman və fürsətdir ki, hər kəsin qabağına çıxır.
VAİZ 9:11
İnsan ürəyində özü üçün yol qurar, Amma Rəbbin verdiyi istiqamətlə addımlar.
SÜLEYMANIN MƏSƏLLƏRİ 16:9
Ey göylərdəki taxtında Oturan, Gözlərimi Sənə dikmişəm. Ağasının əlinə baxan qul kimi, Xanımının əlinə baxan kəniz tək Biz də Allahımız Rəbbə göz dikmişik, Bizə rəhm etməsini gözləyirik.
ZƏBUR 123:1-2
Hər səhər məhəbbətini mənə hiss etdir, Çünki Sənə güvənirəm. Gedəcəyim yolu mənə öyrət, Çünki varlığımı Sənə verirəm.
ZƏBUR 143:8
Ey Allahımız, onlara hökm etməyəcəksənmi? Çünki üzərimizə gələn bu böyük qoşuna qarşı gücümüz yoxdur və biz nə edəcəyimizi bilmirik, ancaq gözlərimiz Sənin üzərindədir».
İKİNCİ SALNAMƏLƏR 20:12
Əgər sizlərdən birinin müdrikliyi çatışmırsa, hər kəsə səxavətlə və məzəmmət etmədən verən Allahdan diləsin və ona veriləcək.
YAQUB 1:5
Lakin O – həqiqət Ruhu gələndə sizə hər həqiqətə yol göstərəcək. Çünki heç nəyi Özündən söyləməyəcək, nə eşidirsə, onu söyləyəcək və gələcəyi sizə bildirəcək.
YƏHYA 16:13
Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).
6 okt 2025
Revelation 19:6
5 okt 2025
Psalms 50:15
4 okt 2025
Exodus 34:29
3 okt 2025
Revelation 1:5
2 okt 2025
Leviticus 16:22
1 okt 2025
Galatians 5:22-23
30 sen 2025
Job 23:10