9 okt 2025
Gündəlik İşıq, 10 oktyabr: Göylərdə olan Atamız (Matta 6:9)
Gündəlik İşıq
Buna görə göylərdə və yer üzündə hər ailəyə ad verən Atanın qarşısında diz çökürəm ki.
Efesli̇lərə 3:15
Hamının Allahı və Atası birdir. O hamı üzərində, hamı ilə və hamıdadır.
Efesli̇lərə 4:6
Siz hamınız Məsih İsaya olan iman vasitəsilə Allahın övladlarısınız.
Qalati̇yalilara 3:26
Vaxt tamam olanda isə bu niyyətini yerinə yetirərək həm göylərdə, həm də yerdə olan hər şeyi Məsihdə birləşdirəcək.
Efesli̇lərə 1:10
Bu səbəbdən İsa onları qardaş çağırmaqdan utanmayıb deyir.
İbrani̇lərə 2:11
Mənim anam və qardaşlarım bunlardır. Çünki kim göylərdə olan Atamın iradəsini yerinə yetirirsə, Mənim qardaşım, bacım və anam odur.
Matta 12:49–50
Amma qardaşlarımın yanına gedib onlara söylə: Öz Atamın – sizin Atanızın, Öz Allahımın – sizin Allahınızın yanına qalxıram.
Yəhya 20:17
Quzu beşinci möhürü açanda qurbangahın altında Allahın kəlamına və etdikləri şəhadətə görə kəsilən canları gördüm. Onlar uca səslə fəryad edirdi: «Ey müqəddəs və haqq olan Pərvərdigar, nə vaxta kimi mühakimə etməyib yer üzündə yaşayanlardan qanımızın qisasını almayacaqsan?» Onda hər birinə ağ xalat verilib deyildi ki, özləri ilə birgə qulluq edən, onlar kimi öldürüləcək bacı-qardaşlarının sayı tamam olana qədər bir az vaxt da rahat olsunlar.
Vəhy 6:9–11
Onlar bizsiz kamilliyə çatmasın.
İbrani̇lərə 11:40
Buna görə siz belə dua edin: “Göylərdə olan Atamız.
Matta 6:9
İsa bunları söylədikdən sonra başını göyə qaldırıb dedi: «Ey Ata.
Yəhya 17:1
Öz Allahımın – sizin Allahınızın yanına qalxıram.
Yəhya 20:17
Siz hamınız Məsih İsaya olan iman vasitəsilə Allahın övladlarısınız.
Qalati̇yalilara 3:26
Axı siz köləlik ruhunu almadınız ki, yenə də qorxu içində yaşayasınız; övladlıq Ruhunu aldınız. Elə o Ruhun vasitəsilə Allaha «Abba, Ata» deyə nida edirik. Elə Ruh Özü bizim ruhumuzla birgə şəhadət edir ki, biz Allahın övladlarıyıq.
Romalilara 8:15–16
Övladlar olduğunuz üçün Allah Öz Oğlunun «Abba, Ata!» deyərək nida edən Ruhunu ürəklərimizə göndərdi. Buna görə də sən artıq kölə deyil, övladsan.
Qalati̇yalilara 4:6–7
Doğrusunu, doğrusunu sizə deyirəm: Mənim adımla Atadan nə diləyirsinizsə, O sizə verəcək. İndiyə qədər Mənim adımla heç nə diləmədiniz. Diləyin, alacaqsınız, ta ki sevinciniz kamil olsun.
Yəhya 16:23–24
Mən də sizi qəbul edəcəyəm. «Mən sizə Ata olacağam, Siz də Mənə oğullar və qızlar olacaqsınız» Külli-İxtiyar Rəbb belə deyir.
2 Kori̇nfli̇lərə 6:17–18
Müqəddəs Yazı seçimləri Gündəlik Yolda Gündəlik İşıqdan (ictimai domen tərtibatı).
Son günlər
Hamısına bax8 okt 2025
İbrani̇lərə 13:6 · Romalilara 8:35
7 okt 2025
Zəbur 25:9 · Matta 5:5
6 okt 2025
Vəhy 19:6 · Əyyub 42:2
5 okt 2025
Zəbur 50:15 · Zəbur 42:11
4 okt 2025
Çixiş 34:29 · Zəbur 115:1
3 okt 2025
Vəhy 1:5 · Nəğmələr Nəğməsi̇ 8:7
