Bir yandan daxili varlığım Allahın qanunundan zövq alır.
ROMALILARA 7:22
Gündəlik İşıq
Bir yandan daxili varlığım Allahın qanunundan zövq alır.
ROMALILARA 7:22
Qanununu nə qədər sevirəm! Həmişə onun üzərində dərindən düşünürəm.
ZƏBUR 119:97
Sözlərini tapıb yedim, Sözlərin mənə sevinc və ürəyimə şadlıq gətirdi. Çünki Sənə məxsusam, Ey Ordular Allahı Rəbb!
YEREMYA 15:16
Mənim sevgilim oğlanlar arasındadır, Meşədəki ağaclar arasında alma ağacına oxşayır. Kölgəsində oturmaqdan zövq alıram, Meyvəsinin dadı damağımdan getmir.
NƏĞMƏLƏR NƏĞMƏSİ 2:3
Ağzından çıxan əmrlərdən ayrılmadım, Gündəlik çörəkdən çox ağzından çıxan sözləri qiymətləndirdim.
ƏYYUB 23:12
Ey Allahım, Sənin iradəni yerinə yetirmək Mənə zövq verir, Qanunun qəlbimdədir».
ZƏBUR 40:8
İsa onlara dedi: «Mənim yeməyim Məni Göndərənin iradəsini yerinə yetirmək, Onun işini tamamlamaqdır.
YƏHYA 4:34
Rəbbin qayda-qanunları düzdür, ürəyi sevindirir, Rəbbin əmrləri pakdır, gözləri aydın edir.
ZƏBUR 19:8
Onlar qızıldan, bol miqdarda olan saf qızıldan da çox sevilir, Onlar baldan, şanı balından da şirindir.
ZƏBUR 19:10
Bu kəlamın icraçısı olun, yalnız eşidənlər olub özünüzü aldatmayın. Çünki kəlamı eşidən, amma icraçısı olmayan şəxs güzgüdə öz üzünün cizgilərinə baxan adama bənzəyir:
YAQUB 1:22-23
Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).
19 okt 2025
Proverbs 3:26
18 okt 2025
John 19:34
17 okt 2025
Psalms 89:16
16 okt 2025
Romans 12:11
15 okt 2025
Psalms 59:9
14 okt 2025
Romans 14:9
13 okt 2025
Daniel 10:12