Rəbbə ümid bəsləmək, Sakitcə bizə qurtuluş verməsini gözləmək nə yaxşıdır.
MƏRSİYƏLƏR 3:26
Gündəlik İşıq
Rəbbə ümid bəsləmək, Sakitcə bizə qurtuluş verməsini gözləmək nə yaxşıdır.
MƏRSİYƏLƏR 3:26
Allah rəhm etməyi unudubmu, Mərhəmətinin yerini qəzəb tutdumu?» Sela
ZƏBUR 77:9
Mən təlaşa düşüb demişdim: «Sənin gözlərinin önündən kənara atıldım». Lakin Səni imdada çağıranda Yalvarış səsimi eşitdin.
ZƏBUR 31:22
Məgər Allah Öz seçdiklərini, gecə-gündüz Ondan imdad istəyənlərin haqqını qorumayacaqmı? Onları çox gözlədəcəkmi? Sizə bunu deyirəm: tezliklə onların haqqını qoruyacaq. Bəs Bəşər Oğlu gələndə yer üzündə iman tapacaqmı?»
LUKA 18:7-8
Demə «bu pisliyin əvəzini çıxacağam» Rəbbi gözlə, qoy O səni xilas etsin.
SÜLEYMANIN MƏSƏLLƏRİ 20:22
Rəbbin hüzurunda sükut et, Onu səbirlə gözlə. Yolunda uğur qazanan Hiyləgər insan üçün narahat olma.
ZƏBUR 37:7
Bu səfərdə döyüşmək sizə lazım olmayacaq. Ey Yəhudalılar və Yerusəlimlilər, səf bağlayıb durun, sizinlə bərabər olan Rəbbin xilasını görün. Qorxmayın və ruhdan düşməyin. Sabah onların qarşısına gedin və Rəbb sizinlə olacaq”».
İKİNCİ SALNAMƏLƏR 20:17
Yaxşılıq edərkən ruhdan düşməyək. Çünki əgər həvəsdən düşməsək, vaxtında biçərik.
QALATİYALILARA 6:9
Beləliklə, ey qardaşlar, Rəbbin zühuruna qədər səbirli olun. Görün əkinçi birinci və axırıncı yağış yağanacan səbir edərək torpağın qiymətli məhsulunu gözləyir.
YAQUB 5:7
Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).
29 okt 2025
Song of Solomon 5:16
28 okt 2025
Isaiah 59:16
27 okt 2025
Matthew 8:17
26 okt 2025
Psalms 99:1
25 okt 2025
Matthew 28:20
24 okt 2025
Jonah 2:4
23 okt 2025
Luke 12:15