Mən dedim: “Sənin gözlərinin önündən qovuldum”, Lakin yenə Sənin müqəddəs məbədini görəcəyəm.
YUNUS 2:4
Gündəlik İşıq
Mən dedim: “Sənin gözlərinin önündən qovuldum”, Lakin yenə Sənin müqəddəs məbədini görəcəyəm.
YUNUS 2:4
Amma Sion dedi: «Rəbb məni tərk etdi, Xudavəndim məni unutdu». Rəbb isə deyir: «Ana südəmər körpəsini heç unudarmı? Bətnindən çıxan oğluna rəhm etməzmi? Ana öz körpəsini unutsa belə, Mən səni əsla unutmaram.
YEŞAYA 49:14-15
Salamatlıqdan canımı uzaq etdi, Yaxşılığı unutdum. Dedim: «Üzərimdən əzəmətim getdi, Rəbdən ümidim kəsildi».
MƏRSİYƏLƏR 3:17-18
Ey Xudavənd, oyan, niyə yatmısan? Qalx, bizi əbədilik atma!
ZƏBUR 44:23
Ey Yaqub nəsli, ey İsrail! Nə üçün «Rəbb başıma gələnləri bilmir, Allahım mənim haqqıma diqqətsizlik edir?» Deyib gileylənirsən?
YEŞAYA 40:27
Bir anlığa qızğın qəzəblə səndən üzümü döndərdim, Lakin əbədi məhəbbətimlə sənə rəhm edəcəyəm». Bunu səni Satınalan, Rəbb deyir.
YEŞAYA 54:8
Mənim qəlbim, niyə qırılmısan? Axı niyə bu köksümdə təlaşlanırsan? Ümidini yenə Allaha bağla, Qoy Allahıma – məni qurtarana şükür edim.
ZƏBUR 43:5
Hər tərəfdən əziyyət çəkirik, amma əzilmirik. Çaşqınlıq içindəyik, lakin çarəsiz deyilik. Təqib olunuruq, amma tərk edilmirik. Yıxıdılırıq, amma yox olmuruq.
2 KORİNFLİLƏRƏ 4:8-9
Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).
23 okt 2025
Luke 12:15
22 okt 2025
Psalms 108:1
21 okt 2025
John 1:16
20 okt 2025
Romans 7:22
19 okt 2025
Proverbs 3:26
18 okt 2025
John 19:34
17 okt 2025
Psalms 89:16