1 noyabr 2025, şənbə

Gündəlik İşıq

1 noy 2025

Mənə qulaq asan, Hər gün darvazalarım qarşısında duran, Qapılarımda dayanıb gözləyən nə bəxtiyardır!

SÜLEYMANIN MƏSƏLLƏRİ 8:34

Ağasının əlinə baxan qul kimi, Xanımının əlinə baxan kəniz tək Biz də Allahımız Rəbbə göz dikmişik, Bizə rəhm etməsini gözləyirik.

ZƏBUR 123:2

Bu sizin üçün nəsildən-nəslə Hüzur çadırının girişində, Rəbbin önündə daimi yandırma qurbanı olacaq. Mən orada sizinlə görüşüb, səninlə danışacağam.

ÇIXIŞ 29:42

Mənim üçün torpaqdan qurbangah düzəldib yandırma və ünsiyyət qurbanları olaraq öz qoyun-keçi və mal-qaranı onun üstündə qurban gətir. Adım çəkilən hər yerdə yanına gəlib sənə bərəkət verəcəyəm.

ÇIXIŞ 20:24

Çünki harada iki və ya üç nəfər Mənim adımla yığılarsa, Mən də orada, onların arasındayam».

MATTA 18:20

Amma o zaman gəlir və artıq gəlib ki, həqiqi ibadət edənlər Ataya ruhda və həqiqətdə ibadət etsin. Ata da Özünə belə ibadət edənlər axtarır. Allah ruhdur və Ona ibadət edənlər ruhda və həqiqətdə ibadət etməlidir».

YƏHYA 4:23-24

Hər cür dua və yalvarışla, həmişə Ruhun idarəsi ilə dua edin. Bu məqsəd uğrunda tamamilə mətin olub oyaq qalaraq bütün müqəddəslər üçün dua edin.

EFESLİLƏRƏ 6:18

durmadan dua edin,

1 SALONİKLİLƏRƏ 5:17

Süni intellektlə tərcümə edilib, Müqəddəs Kitab sitatları da daxil olmaqla — istənilən istinadı açın və Azərbaycan Bibliyası 2008 tərcüməsində oxuyun.

Sizin əlinizdəki Müqəddəs Kitab Allahın Kəlamıdır. Müqəddəs Kitab Allahdan ilham almış Müqəddəs Yazılar toplusudur.

Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).

Son günlər