Budur, bir məzlum, bir fəqirəm, Lakin Xudavənd qayğıma qalır. Köməyim, xilaskarım Sənsən, Ey Allahım, ləngimə!
ZƏBUR 40:17
Gündəlik İşıq
Budur, bir məzlum, bir fəqirəm, Lakin Xudavənd qayğıma qalır. Köməyim, xilaskarım Sənsən, Ey Allahım, ləngimə!
ZƏBUR 40:17
Rəbb insana gedəcəyi yolu göstərir, Kimdən razı qalırsa, onu möhkəmləndirir. Bu insan büdrəsə də, yıxılmaz, Çünki Rəbb onun əlindən tutar.
ZƏBUR 37:23-24
Rəbdən qorxan tam arxayındır, Çünki Rəbb onun övladlarının pənahıdır.
SÜLEYMANIN MƏSƏLLƏRİ 14:26
Rəbb deyir: «Sizə təsəlli verən Mənəm, Mən! Fani insandan, ot kimi solan bəşər oğlundan qorxan Gör sən kimsən? Səni yaradan, göyləri sərən, Dünyanın təməlini qoyan Rəbbi necə unudursan? Səni məhv etmək niyyətində olan Zülmkarın qəzəbindən gün boyu, dayanmadan qorxursan. Bəs hanı zülmkarın qəzəbi?
YEŞAYA 51:12-13
Adamlardan qorxma, çünki səni qurtarmaq üçün Mən səninlə olacağam» Rəbb belə bəyan edir.
YEREMYA 1:8
Möhkəm və cəsarətli olun! Onlardan qorxub çəkinməyin! Çünki Allahınız Rəbb sizinlə gedir. O sizi atmaz, tərk etməz!»
QANUNUN TƏKRARI 31:6
Mən isə Sənin qüdrətini tərənnüm edəcəyəm, Sübh tezdən məhəbbətini mədh edəcəyəm. Çünki Sən mənə qala olmusan, Dar günümdə mənim pənahımsan.
ZƏBUR 59:16
Sığınacaq yerim Sənsən, Məni dardan hifz edirsən. Zəfər harayı ilə Ətrafımda dövr edirsən. Sela
ZƏBUR 32:7
Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).
13 noy 2025
Ephesians 5:25-26
12 noy 2025
2 Corinthians 7:10
11 noy 2025
Psalms 78:53
10 noy 2025
Colossians 1:10
9 noy 2025
Psalms 89:19
8 noy 2025
1 Thessalonians 5:8
7 noy 2025
Psalms 107:8