Nə bəxtiyardır evinin həyətlərində yaşayan, Seçib Özünə yaxın etdiyin insan! Biz Sənin evinin, müqəddəs məbədinin Nemətləri ilə doyacağıq!
ZƏBUR 65:4
Gündəlik İşıq
Nə bəxtiyardır evinin həyətlərində yaşayan, Seçib Özünə yaxın etdiyin insan! Biz Sənin evinin, müqəddəs məbədinin Nemətləri ilə doyacağıq!
ZƏBUR 65:4
Rəbdən bir arzum, bir istəyim var: Bütün ömrüm boyu Rəbbin evində yaşayım, Məbədində Rəbbin camalına baxım, Ona pərəstiş edim.
ZƏBUR 27:4
Nə bəxtiyardır salehlik üçün acıb-susayanlar! Çünki onlar doyacaq.
MATTA 5:6
Acları nemətlərlə doydurdu, Varlıları isə əliboş yola saldı.
LUKA 1:53
Çünki O, susuzlara doyunca su verər, Acları bol nemətlərlə bəslər.
ZƏBUR 107:9
İsa onlara dedi: «Həyat çörəyi Mənəm. Mənim yanıma gələn heç vaxt acmaz, Mənə iman edən heç vaxt susamaz.
YƏHYA 6:35
Ey Allah, məhəbbətin nə qədər qiymətlidir! Bəşər övladları Sənin qanadlarının kölgəsinə sığınır. Evinin bolluğu ilə onları doydurursan, Sənin xoşhal edən axar çayından onları içirirsən. Çünki həyat mənbəyi Səndədir, Biz Sənin nurunla görə bilirik.
ZƏBUR 36:7-9
Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).
28 noy 2025
James 2:26
27 noy 2025
John 17:22
26 noy 2025
Isaiah 62:4
25 noy 2025
Romans 6:18
24 noy 2025
Luke 8:21
23 noy 2025
Proverbs 1:33
22 noy 2025
Jude 20