26 noy 2025
Gündəlik İşıq, 27 noyabr: Onun ətrafında seraflar dayanmışdı
Gündəlik İşıq
Mənə verdiyin izzəti Mən də onlara verdim ki, Biz bir olduğumuz kimi onlar da bir olsun.
Yəhya 17:22
O, uca və əzəmətli taxtda oturmuş və geyimlərinin ətəyi məbədin döşəməsini örtmüşdü. Onun ətrafında seraflar dayanmışdı. ... Biri o birini səsləyib deyirdi: «Ordular Rəbbi müqəddəsdir, müqəddəsdir, müqəddəsdir! Bütün yer üzü Onun əzəməti ilə doludur».
Yeşaya 6:1–3
Yeşaya İsanın ehtişamını gördüyü üçün bu sözləri deyərək Onun barəsində danışıb.
Yəhya 12:41
Yüksəkdə, taxta oxşayan şeyin üzərində insana bənzər bir Şəxs var idi. Yağış günü buludda olan göy qurşağının görünüşü necə olursa, hər tərəfdən gələn parıltının görünüşü də elə idi. Bu, Rəbbin izzətinə bənzər bir görüntü idi.
Yezekel 1:26, 28
İzzətini mənə göstər». Sonra O davam etdi: «Üzümü isə görə bilməzsən, çünki Məni görən adam sağ qalmaz.
Çixiş 33:18, 20
Allahı heç kəs heç vaxt görməyib, amma Atanın qucağında olan və Allah olan vahid Oğul Onu tanıtdı.
Yəhya 1:18
Çünki «zülmətdən işıq parlayacaq» deyən Allah ürəyimizə nur saçdı ki, İsa Məsihin üzündən saçan Öz ehtişamını tanımağımızdan doğan nuru bizə versin.
2 Kori̇nfli̇lərə 4:6
Oğlum, qoyma səni günahkarlar azdırsın.
Süleymanin Məsəlləri̇ 1:10
Buna görə də o həmin meyvədən dərib yedi. Sonra yanında olan ərinə də verdi, o da yedi.
Yaradiliş 3:6
Zerah oğlu Akan məhv edilmək üçün həsr olunan şeylərdən götürməklə xəyanət etmədimi? Ona görə bütün İsrail icması üzərinə qəzəb gəlmədimi? Bu günahdan ötrü o adam tək özü məhv olmadı”.
Yeşua 22:20
Şər iş görən izdihama qoşulmayın.
Çixiş 23:2
Çünki həlaka aparan qapı geniş və yolu enlidir. Bu qapıdan girənlər çoxdur.
Matta 7:13
Çünki bizim heç birimiz özümüz üçün yaşamırıq və özümüz üçün ölmürük.
Romalilara 14:7
Qardaşlar, siz azadlığa dəvət olunmusunuz. Amma bu azadlığı cismani təbiət üçün fürsətə çevirməyin, lakin bir-birinizə məhəbbətlə qulluq edin.
Qalati̇yalilara 5:13
Amma diqqətli olun ki, sizin seçim ixtiyarınız zəif olanların büdrəməsinə səbəb olmasın. Beləliklə, zəif olan bacı-qardaşlarınıza qarşı günah edib vicdanlarını yaralayanda siz Məsihə qarşı günah edirsiniz.
1 Kori̇nfli̇lərə 8:9, 12
Hamımız qoyun kimi yolu azmışdıq, Hər birimiz öz yolumuzla gedirdik. Rəbb hamımızın şər əməllərinin yükünü onun üzərinə qoydu.
Yeşaya 53:6
Müqəddəs Yazı seçimləri Gündəlik Yolda Gündəlik İşıqdan (ictimai domen tərtibatı).
Son günlər
Hamısına bax25 noy 2025
Romalilara 6:18 · Matta 6:24
24 noy 2025
Luka 8:21 · İbrani̇lərə 2:11–12
23 noy 2025
Süleymanin Məsəlləri̇ 1:33 · Zəbur 90:1
22 noy 2025
Yəhuda 20 · Yəhya 4:24
21 noy 2025
Yəhya 6:37 · Çixiş 22:27
20 noy 2025
Mi̇keya 7:8 · Yeşaya 43:2–3
