30 noy 2025
Gündəlik İşıq, 1 dekabr: Mən və Ata birik (Yəhya 10:30)
Gündəlik İşıq
Onların hər biri Küləyə qarşı bir pənahgah, Fırtınaya qarşı sığınacaq.
Yeşaya 32:2
Bu səbəbdən bu övladlar tərkibcə qan və ətdən yarandıqlarına görə İsa Özü də onların insan təbiətinə şərik oldu ki, ölüm üzərində hakimiyyət sahibi olanı, yəni iblisi Öz ölümü vasitəsilə təsirsiz hala gətirsin.
İbrani̇lərə 2:14
Yaxınımın üstünə get Bəyan edir Ordular Rəbbi.
Zəkəri̇yyə 13:7
Mən və Ata birik.
Yəhya 10:30
Haqq-Taalanın pənahında yaşayan, Külli-İxtiyarın kölgəsində oturan insan.
Zəbur 91:1
Bu bir çardaq olub gündüz qızmar istidə kölgə olacaq, fırtına ilə yağışa qarşı sığınacaq və daldalanma yeri olacaq.
Yeşaya 4:6
O, sağ tərəfindədir, sənə kölgədir. Gündüz günəşin ziyanı sənə dəyməz, Gecə ay da sənə zərər verməz.
Zəbur 121:5–6
Mən dünyanın ucqarından Səni çağırıram. Sən məni əlçatmaz bir qayaya apar.
Zəbur 61:2
Sığınacaq yerim Sənsən, Məni dardan hifz edirsən.
Zəbur 32:7
Çünki Sən yoxsula sığınacaq, Sıxıntı içində olan fəqirə pənahgah, Fırtına vaxtı çardaq, İstilik vaxtı kölgəlik oldun. Qəddarların nəfəsi divara çarpan fırtına kimidir.
Yeşaya 25:4
Mən yeni göylər və yeni yer yaradıram.
Yeşaya 65:17
«Yaradacağım yeni göylər və yeni yer önümdə necə qalacaqsa, Nəsliniz və adınız da elə qalacaq» Rəbb bəyan edir.
Yeşaya 66:22
Amma biz Allahın vədinə əsasən salehliyin sakin olacağı yeni göyləri və yeni yeri gözləyirik.
2 Peter 3:13
Mən yeni bir göy və yeni bir yer gördüm. Çünki əvvəlki yerlə əvvəlki göy keçib getmişdi, dəniz də artıq yox idi. Mən müqəddəs şəhərin – yeni Yerusəlimin göydən, Allahın yanından endiyini gördüm. Şəhər öz bəyi üçün bəzədilmiş gəlin kimi hazırlanmışdı. Taxtdan belə deyən uca bir səs eşitdim: «Budur, Allahın məskəni insanların arasındadır. Allah onlarla birgə məskən salacaq; onlar Onun xalqı olacaq, Allah Özü onların Allahı olaraq aralarında yaşayacaq. Allah onların bütün göz yaşlarını siləcək. Artıq ölüm olmayacaq. Yas, nalə və ağrı bir daha olmayacaq. Çünki əvvəlki şeylər keçib getdi». Taxtda Oturan dedi: «Budur, Mən hər şeyi yenidən qururam».
Vəhy 21:1–5
Müqəddəs Yazı seçimləri Gündəlik Yolda Gündəlik İşıqdan (ictimai domen tərtibatı).
Son günlər
Hamısına bax29 noy 2025
Zəbur 65:4 · Zəbur 27:4
28 noy 2025
Yaqub 2:26 · Matta 7:21
27 noy 2025
Yəhya 17:22 · Yeşaya 6:1–3
26 noy 2025
Yeşaya 62:4 · Yeşaya 43:1
25 noy 2025
Romalilara 6:18 · Matta 6:24
24 noy 2025
Luka 8:21 · İbrani̇lərə 2:11–12
