2 dek 2025
Gündəlik İşıq, 3 dekabr: Mən olsaydım, Allaha üz tutardım
Gündəlik İşıq
Mən olsaydım, Allaha üz tutardım, Müşkül işlərimi Ona tapşırardım.
Əyyub 5:8
Rəbb üçün çətin bir şey varmı?
Yaradiliş 18:14
Yolunu Rəbbə ver, Ona güvən, O edəcək.
Zəbur 37:5
Heç nəyin qayğısını çəkməyin, amma hər barədə xahişlərinizi Allaha dualarla, yalvarışlarla, şükür edə-edə bildirin.
Fi̇li̇pi̇li̇lərə 4:6
Bütün qayğı yükünüzü Ona ötürün, çünki O sizin qayğınıza qalır.
1 Peter 5:7
Xizqiya məktubu qasidlərdən alıb oxudu. O, Rəbbin məbədinə qalxıb məktubu Rəbbin önündə yerə sərdi. Xizqiya Rəbbə dua edib dedi.
Yeşaya 37:14–15
Onlar Məni çağırmamışdan Mən onlara cavab verəcəyəm, Onlar hələ danışarkən Mən eşidəcəyəm.
Yeşaya 65:24
Sağalasınız. Saleh adamın duası çox güclü və təsirlidir.
Yaqub 5:16
Rəbbi sevirəm, Çünki O, yalvarışımı eşidir. Səsimə qulaq asdığı üçün Nə qədər varam, Onu çağıracağam.
Zəbur 116:1–2
Səmimi qəlblə Allaha yaxınlaşaq.
İbrani̇lərə 10:22
Yuyunmaq üçün bir tunc ləyən düzəlt. ... Onu Hüzur çadırı ilə qurbangahın arasına qoy, içini də su ilə doldur ki, Harunla oğulları əl-ayaqlarını o su ilə yusunlar. Onlar Hüzur çadırına daxil olduğu zaman su ilə yuyunsunlar, yoxsa öləcəklər. ... əl-ayaqlarını yusunlar, yoxsa öləcəklər.
Çixiş 30:18–21
Bədəniniz Allahdan aldığınız, sizdə yaşayan Müqəddəs Ruhun məbədidir?
1 Kori̇nfli̇lərə 6:19
Kim Allahın məbədinə ziyan vursa, Allah da ona ziyan vuracaq. Çünki Allahın məbədi müqəddəsdir və bu məbəd sizsiniz.
1 Kori̇nfli̇lərə 3:17
Bədən alıb Allahı görəcəyəm. Mən Ona baxacağam, Başqası yox, mən öz gözlərimlə görəcəyəm.
Əyyub 19:26–27
Oraya murdar olan heç bir şey, iyrənc iş görən və yalan danışan heç kim əsla girməyəcək.
Vəhy 21:27
Sənin gözlərin çox təmizdir, Şəri görən gözün yoxdur.
Habaqquq 1:13
Beləliklə, ey qardaşlar, Allahın mərhəməti xatirinə sizə yalvarıram ki, bədənlərinizi diri, müqəddəs və Allahı razı salan bir qurban olaraq Ona təqdim edin; bu sizin ağılla etdiyiniz ibadətdir.
Romalilara 12:1
Müqəddəs Yazı seçimləri Gündəlik Yolda Gündəlik İşıqdan (ictimai domen tərtibatı).
Son günlər
Hamısına bax1 dek 2025
Yeşaya 32:2 · İbrani̇lərə 2:14
30 noy 2025
Vəhy 1:4 · Fi̇li̇pi̇li̇lərə 4:7
29 noy 2025
Zəbur 65:4 · Zəbur 27:4
28 noy 2025
Yaqub 2:26 · Matta 7:21
27 noy 2025
Yəhya 17:22 · Yeşaya 6:1–3
26 noy 2025
Yeşaya 62:4 · Yeşaya 43:1
