İmkan verməyin ki, sizin yaxşı hesab etdiyiniz bir şey pislənsin.
ROMALILARA 14:16
Gündəlik İşıq
İmkan verməyin ki, sizin yaxşı hesab etdiyiniz bir şey pislənsin.
ROMALILARA 14:16
Hər cür şərdən uzaq durun.
1 SALONİKLİLƏRƏ 5:22
Çünki məqsədimiz yalnız Rəbbin gözündə deyil, insanların da gözündə doğru sayılan işləri görməkdir.
2 KORİNFLİLƏRƏ 8:21
Çünki Allahın iradəsi yaxşılıq edərək axmaqların cahilliyini susdurmanızdır.
1 PETER 2:15
Lakin heç biriniz qatil, oğru ya başqa cür cinayətkar kimi yaxud başqalarının işinə qarışan şəxs kimi əzab çəkməsin.
1 PETER 4:15
Amma bir insan məsihçi kimi əzab çəkirsə, qoy bundan utanmasın, bu adı daşıyaraq Allahı izzətləndirsin.
1 PETER 4:16
Qardaşlar, siz azadlığa dəvət olunmusunuz. Amma bu azadlığı cismani təbiət üçün fürsətə çevirməyin, lakin bir-birinizə məhəbbətlə qulluq edin.
QALATİYALILARA 5:13
Amma diqqətli olun ki, sizin seçim ixtiyarınız zəif olanların büdrəməsinə səbəb olmasın.
1 KORİNFLİLƏRƏ 8:9
Amma kim Mənə iman edən bu kiçiklərdən birini pis yola çəkərsə, öz boynuna böyük bir dəyirman daşı asıb dənizin dibinə atılaraq boğulmaq onun üçün daha yaxşı olar.
MATTA 18:6
Padşah da cavab verib onlara deyəcək: “Sizə doğrusunu deyirəm: siz bu ən kiçik qardaşlarımdan birinə etdiyinizi Mənə etmiş oldunuz”.
MATTA 25:40
Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).
10 dek 2025
John 10:29
9 dek 2025
Proverbs 21:3
8 dek 2025
Galatians 5:13
7 dek 2025
2 Corinthians 5:21
6 dek 2025
Philippians 2:13
5 dek 2025
Psalms 119:71
4 dek 2025
Job 28:12