Rəbb sənin cəzanı ləğv etdi, düşmənlərini qovdu! İsrailin padşahı Rəbb səninlədir, Artıq pislikdən qorxmayacaqsan!
SEFANYA 3:15
Gündəlik İşıq
Rəbb sənin cəzanı ləğv etdi, düşmənlərini qovdu! İsrailin padşahı Rəbb səninlədir, Artıq pislikdən qorxmayacaqsan!
SEFANYA 3:15
Qorxma, çünki Mən səninləyəm, Dəhşətə gəlmə, çünki Allahın Mənəm. Səni qüvvətləndirəcəyəm, Sənə kömək edəcəyəm. Sadiq sağ əlimlə Sənə dayaq olacağam.
YEŞAYA 41:10
Zəif əllərə qüvvət verin, Əsən dizləri möhkəmləndirin. Ürəklərində qorxanlara deyin: «Möhkəm olun, qorxmayın! Budur, Allahınız İntiqam almaq, düşmənlərinizdən qisas almaq üçün gəlir. O gəlib sizə qurtuluş verəcək!»
YEŞAYA 35:3-4
Allahın Rəbb, Qüvvətli Qurtarıcın səninlədir! O sənin üçün sevinib şadlanacaq, Səni məhəbbəti ilə yeniləşdirəcək, Sənin üçün tərənnümlə coşacaq!
SEFANYA 3:17
Rəbbə ümid bağla! Möhkəm və cəsarətli ol! Rəbbə ümid bağla!
ZƏBUR 27:14
Taxtdan belə deyən uca bir səs eşitdim: «Budur, Allahın məskəni insanların arasındadır. Allah onlarla birgə məskən salacaq; onlar Onun xalqı olacaq, Allah Özü onların Allahı olaraq aralarında yaşayacaq. Allah onların bütün göz yaşlarını siləcək. Artıq ölüm olmayacaq. Yas, nalə və ağrı bir daha olmayacaq. Çünki əvvəlki şeylər keçib getdi».
VƏHY 21:3-4
Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).
11 dek 2025
Romans 14:16
10 dek 2025
John 10:29
9 dek 2025
Proverbs 21:3
8 dek 2025
Galatians 5:13
7 dek 2025
2 Corinthians 5:21
6 dek 2025
Philippians 2:13
5 dek 2025
Psalms 119:71