Rəbb Ona qurban təqdimindən çox Salehliyə, ədalətə riayət edilməsini istər.
SÜLEYMANIN MƏSƏLLƏRİ 21:3
Gündəlik İşıq
Rəbb Ona qurban təqdimindən çox Salehliyə, ədalətə riayət edilməsini istər.
SÜLEYMANIN MƏSƏLLƏRİ 21:3
Ey insan, Allah sənə yaxşı olanı bildirdi; Ədalət yaratmaqdan, məhəbbət göstərməyi sevməkdən, İtaətkarcasına Allahınla bir yol getməkdən başqa Rəbb səndən nə istəyir ki?
MİKEYA 6:8
Şamuel isə dedi: «Rəbb Öz sözünə itaət edilməsindən xoşu gəldiyi qədər Yandırma qurbanı və başqa qurbanlardan xoşu gələrmi? Bax itaət etmək qurbandan, Qulaq asmaq qoçların iç piyindən daha yaxşıdır.
BİRİNCİ ŞAMUEL 15:22
Onu bütün qəlbinlə, bütün ağlınla və bütün gücünlə sevmək, qonşunu da özün kimi sevmək yandırma qurbanlarının və başqa qurbanların hamısından daha vacibdir».
MARK 12:33
Buna görə də sən Allahına üz tut, Məhəbbətə, ədalətə bağlan, Daim Allahına ümid bağla.
HUŞƏ 12:6
Onun Məryəm adlı bir bacısı vardı. O, Rəbbin ayaqları yanında oturub Onun sözünə qulaq asırdı.
LUKA 10:39
Yalnız bir şey lazımdır. Məryəm yaxşısını seçdi. Bu da onun əlindən alınmayacaq».
LUKA 10:42
Çünki sizdə fəaliyyət göstərən Allahdır, belə ki Onun xoş məramını həm istəyəsiniz, həm də bunun üçün fəaliyyət göstərəsiniz.
FİLİPİLİLƏRƏ 2:13
Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).
8 dek 2025
Galatians 5:13
7 dek 2025
2 Corinthians 5:21
6 dek 2025
Philippians 2:13
5 dek 2025
Psalms 119:71
4 dek 2025
Job 28:12
3 dek 2025
Job 5:8
2 dek 2025
1 John 2:20