13 dek 2025
Gündəlik İşıq, 14 dekabr: Ey millətlərin Padşahı (Vəhy 15:3)
Gündəlik İşıq
Ona şərəflə həmd edin!
Zəbur 66:2
Bu xalqı Mən Özüm üçün yaratdım ki, Mənə həmdlər söyləsin.
Yeşaya 43:21
Onları Mənə qarşı etdikləri bütün günahlardan təmizləyəcəyəm. Mənə qarşı etdikləri günahları da, üsyankarlıqları da bağışlayacağam. Dünyanın bütün millətlərinin önündə bu şəhər Mənim üçün sevinc, tərif və şərəf mənbəyinə çevriləcək.
Yeremya 33:8–9
Onda İsa vasitəsilə həmişə Allaha həmd qurbanını, yəni Onun adını iqrar edənlərin dilinin bəhrəsi olan sözləri təqdim edək.
İbrani̇lərə 13:15
Ey Xudavənd Allahım, bütün qəlbimlə Sənə şükür edəcəyəm, Daim ismini izzətləndirəcəyəm. Çünki mənə olan məhəbbətin böyükdür, Canımı ölülər diyarına enməkdən qurtardın.
Zəbur 86:12–13
Ya Rəbb, allahlar arasında Sənin kimisi varmı? ... zəhmli və alqışlara layiq, Möcüzələr yaradan Sənin kimisi varmı?
Çixiş 15:11
Allahın isminə ilahilərlə həmd oxuyacağam, Onu şükürlərlə ucaldacağam.
Zəbur 69:30
Onlar Allahın qulu Musanın nəğməsini və Quzunun nəğməsini oxuyaraq deyir: «Ey Külli-İxtiyar Rəbb Allah, Sənin işlərin böyük və heyrətlidir. Ey millətlərin Padşahı.
Vəhy 15:3
Təbiətcə digər insanlar kimi Allahın qəzəbinə düçar idik.
Efesli̇lərə 2:3
Çünki bir zamanlar biz də ağılsız, itaətsiz, yolunu azmış, müxtəlif ehtiraslar və zövqlərə qul olan, kin, paxıllıq içində yaşayan mənfur və bir-birimizə nifrət edən adamlar idik.
Ti̇tə 3:3
Sənə “yenidən doğulmalısınız” dediyimə heyrət etmə.
Yəhya 3:7
Onda Əyyub Rəbbə belə cavab verdi: «Mənim gərəksizliyimə bax, Sənə necə cavab verim, Ağzımı əlimlə tutmuşam.
Əyyub 40:3–4
Rəbb ona dedi: «Qulum Əyyuba yaxşı-yaxşı nəzər sala bildinmi? Axı yer üzərində onun kimisi yoxdur. O, kamil, əməlisaleh, Allahdan qorxan və özünü şərdən uzaq saxlayan bir adamdır».
Əyyub 1:8
Mən doğulandan bəri günahkaram, Ana bətnindən belə, təqsirkaram.
Zəbur 51:5
Onu aradan götürəndən sonra Allah Davudu ucaldıb onların üzərində padşah etdi və onun barəsində şəhadət etdi: “Öz ürəyimə yatan adam olaraq Yessey oğlu Davudu tapdım və o Mənim bütün istədiklərimi yerinə yetirəcək”.
Həvari̇ləri̇n İşləri̇ 13:22
Əvvəllər Ona küfr edən, təqibçi və söyüşkən olduğum halda mənə mərhəmət edildi.
1 Ti̇moteyə 1:13
Bəşərdən doğulan bəşərdir, Ruhdan doğulan ruhdur.
Yəhya 3:6
Müqəddəs Yazı seçimləri Gündəlik Yolda Gündəlik İşıqdan (ictimai domen tərtibatı).
Son günlər
Hamısına bax12 dek 2025
Sefanya 3:15 · Yeşaya 41:10
11 dek 2025
Romalilara 14:16 · 1 Saloni̇kli̇lərə 5:22
10 dek 2025
Yəhya 10:29 · 2 Ti̇moteyə 1:12
9 dek 2025
Süleymanin Məsəlləri̇ 21:3 · Mi̇keya 6:8
8 dek 2025
Qalati̇yalilara 5:13 · Qalati̇yalilara 6:1–2
7 dek 2025
2 Kori̇nfli̇lərə 5:21 · Yeşaya 53:6
