Bir-birinizin yüklərini daşıyın və bu yolla Məsihin qanununu icra edin.
QALATİYALILARA 6:2
Gündəlik İşıq
Bir-birinizin yüklərini daşıyın və bu yolla Məsihin qanununu icra edin.
QALATİYALILARA 6:2
və yalnız öz mənfəətini deyil, başqalarının da mənfəətini güdsün. Məsih İsa necə düşündü, siz də elə düşünün.
FİLİPİLİLƏRƏ 2:4-5
Lakin Özünü heç etdi və qul surətinə salıb insanlara oxşar oldu. İnsan şəklini alıb
FİLİPİLİLƏRƏ 2:7
Çünki Bəşər Oğlu gəlmədi ki, Ona xidmət etsinlər, gəldi ki, Özü xidmət etsin və çoxlarını satın almaq üçün Öz canını fidyə versin».
MARK 10:45
Bəli, O hər kəs uğrunda öldü ki, qoy yaşayanlar artıq özləri üçün deyil, onlar uğrunda Ölüb-Dirilən üçün yaşasınlar.
2 KORİNFLİLƏRƏ 5:15
İsa onun və yanında gələn Yəhudilərin ağladığını görəndə əhvalı pozuldu və təlaşa düşdü.
YƏHYA 11:33
İsa ağladı.
YƏHYA 11:35
Sevinənlərlə sevinin, ağlayanlarla ağlayın.
ROMALILARA 12:15
Nəhayət, hamınız həmfikir olun. Başqalarının hər bir hissinə şərik olun, bir-birinizi qardaşlıq məhəbbəti ilə sevin, rəhmli və itaətkar olun. Pisliyə pisliklə, söyüşə də söyüşlə cavab verməyin, əksinə xeyir-dua edin. Çünki bunun üçün çağırılmısınız ki, xeyir-duaları irs olaraq alasınız.
1 PETER 3:8-9
Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).
14 dek 2025
Psalms 66:2
13 dek 2025
2 Timothy 2:1
12 dek 2025
Zephaniah 3:15
11 dek 2025
Romans 14:16
10 dek 2025
John 10:29
9 dek 2025
Proverbs 21:3
8 dek 2025
Galatians 5:13