Buna görə də lütfkar Allahın taxtına cəsarətlə yaxınlaşaq ki, vaxtında köməyə nail olmaq üçün mərhəmət alıb lütf tapaq.
İBRANİLƏRƏ 4:16
Gündəlik İşıq
Buna görə də lütfkar Allahın taxtına cəsarətlə yaxınlaşaq ki, vaxtında köməyə nail olmaq üçün mərhəmət alıb lütf tapaq.
İBRANİLƏRƏ 4:16
Heç nəyin qayğısını çəkməyin, amma hər barədə xahişlərinizi Allaha dualarla, yalvarışlarla, şükür edə-edə bildirin. Onda Allahın ağlagəlməz sülhü ürəklərinizi və düşüncələrinizi Məsih İsada qoruyacaq.
FİLİPİLİLƏRƏ 4:6-7
Axı siz köləlik ruhunu almadınız ki, yenə də qorxu içində yaşayasınız; övladlıq Ruhunu aldınız. Elə o Ruhun vasitəsilə Allaha «Abba, Ata» deyə nida edirik.
ROMALILARA 8:15
Mən gizlində, qaranlıq dünyasında danışmadım, Yaqub nəslinə “Məni qarmaqarışıq yerdə axtarın” demədim. Doğrusunu söyləyən, ədaləti bəyan edən Rəbb Mənəm.
YEŞAYA 45:19
Beləliklə, ey qardaşlar, İsanın qanı sayəsində Ən Müqəddəs yerə daxil olmağa cəsarətimiz çatır.
İBRANİLƏRƏ 10:19
Ona görə ürəklərimiz pis vicdandan paklanmış, bədənlərimiz də təmiz su ilə yuyulmuş halda imanın tam etimadı ilə, səmimi qəlblə Allaha yaxınlaşaq.
İBRANİLƏRƏ 10:22
Buna görə biz arxayınlıqla deyirik: «Rəbb mənə yardım edəndir, heç qorxmaram. İnsan mənə nə edə bilər?»
İBRANİLƏRƏ 13:6
Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).
17 dek 2025
Psalms 80:18
16 dek 2025
John 13:1
15 dek 2025
Galatians 6:2
14 dek 2025
Psalms 66:2
13 dek 2025
2 Timothy 2:1
12 dek 2025
Zephaniah 3:15
11 dek 2025
Romans 14:16