Zülmətdə belə, əməlisaleh insanlar üçün, Lütfkar, rəhmli və saleh adamlar üçün nur doğar.
ZƏBUR 112:4
Gündəlik İşıq
Zülmətdə belə, əməlisaleh insanlar üçün, Lütfkar, rəhmli və saleh adamlar üçün nur doğar.
ZƏBUR 112:4
Aranızda Rəbdən qorxan, Qulunun sözünə qulaq asan varmı? Qaranlıqda gəzən, nurdan məhrum olan Rəbbin adına güvənsin, Allahına arxalansın.
YEŞAYA 50:10
Bu insan büdrəsə də, yıxılmaz, Çünki Rəbb onun əlindən tutar.
ZƏBUR 37:24
Bu əmr çıraqdır, bu təlim nurdur, Tərbiyə üçün edilən məzəmmət həyat yoludur.
SÜLEYMANIN MƏSƏLLƏRİ 6:23
Halıma sevinmə, ey düşmənim! Mən yıxılsam da, qalxacağam. Qaranlıqda olsam da, Rəbb mənim nurum olacaq! Mənə bəraət qazandırıb Hökmünü icra edənə qədər Rəbbin qəzəbinə dözəcəyəm, Çünki Ona qarşı günah işlətdim. O sonra məni işığa çıxaracaq, Onun salehliyini görəcəyəm.
MİKEYA 7:8-9
Bədənin çırağı gözdür. Əgər gözün sağlam olarsa, bütün bədənin də nurlu olacaq. Yox, əgər gözün zəif görərsə, bütün bədənin qaranlıq olacaq. Əgər səndəki “nur” qaranlıqdırsa, zülmət nə qədər böyükdür!
MATTA 6:22-23
Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).
18 dek 2025
Hebrews 4:16
17 dek 2025
Psalms 80:18
16 dek 2025
John 13:1
15 dek 2025
Galatians 6:2
14 dek 2025
Psalms 66:2
13 dek 2025
2 Timothy 2:1
12 dek 2025
Zephaniah 3:15