22 dek 2025
Gündəlik İşıq, 23 dekabr: Yaxud qoy Mənə pənah gətirsinlər
Gündəlik İşıq
Yaxud qoy Mənə pənah gətirsinlər, Mənimlə barışsınlar, Bəli.
Yeşaya 27:5
Çünki sizin barənizdə olan fikirlərimi Özüm bilirəm” Rəbb belə bəyan edir. “Mən sizin pisliyiniz deyil, salamatlığınız barədə düşünürəm ki, sizə ümidli bir gələcək verim.
Yeremya 29:11
Amma bir zamanlar uzaq olan sizlər indi Məsih İsada Məsihin qanı sayəsində yaxın oldunuz. Çünki Məsih Özü barışığımızdır.
Efesli̇lərə 2:13–14
Çünki Allah Onda tam bütövlüyü ilə yaşamağa və Onun vasitəsilə, çarmıxda axıdılan qanı ilə barışıq yaradaraq həm yerdə.
Kolosseli̇lərə 1:19–20
Və Onun lütfü ilə də Məsih İsada satın alınmağa nail olaraq bir hədiyyə kimi saleh sayılır. Allah İsanı kəffarə qurbanı olaraq təqdim etdi ki, iman edənlərin günahları Onun qanı vasitəsilə bağışlansın. Bunu Öz salehliyini göstərmək üçün etdi. Çünki səbirli olub qabaqca edilən günahları cəzasız qoymuşdu. ... beləcə Özü ədalətli olsun, İsaya olan imana əsaslananı da saleh saysın.
Romalilara 3:24–26
Amma günahlarımızı etiraf ediriksə, Allah sadiq və ədalətli olduğu üçün günahlarımızı bağışlayacaq və bizi hər haqsızlıqdan təmizləyəcək.
1 Yəhya 1:9
Rəbbə həmişə güvənin, Çünki Rəbb Allah əbədi Qayadır.
Yeşaya 26:4
Allah bizə əbədi həyat verib və bu həyat Onun Oğlundadır.
1 Yəhya 5:11
Çünki Atanın Özündə həyat olduğu kimi Oğula da Özündə həyat olmağı bəxş etdi. Ata ölüləri dirildib onlara həyat verdiyi kimi Oğul da istədiyi şəxslərə həyat verir.
Yəhya 5:26, 21
Dirilmə və həyat Mənəm. Mənə iman edən ölsə də, yaşayar, yaşayıb Mənə iman edən də heç vaxt ölməz.
Yəhya 11:25–26
Yaxşı çoban Mənəm, yaxşı çoban qoyunlar uğrunda canını qurban verər. ... çünki Mən canımı qurban verirəm ki, sonra onu geri alım. Canımı Məndən heç kəs ala bilməz, amma onu Özüm verirəm. Onu verməyə də, sonra geri almağa da ixtiyarım var. Bu əmri Atamdan almışam.
Yəhya 10:11, 17–18
Mənim vasitəm olmadan heç kim Atanın yanına gələ bilməz.
Yəhya 14:6
Oğula malik olan şəxsin həyatı var, Allahın Oğluna malik olmayan şəxsin isə həyatı yoxdur.
1 Yəhya 5:12
Çünki siz ölmüsünüz və həyatınız Məsihlə birlikdə Allahda saxlanılıb. Həyatınız olan Məsih zühur edəndə siz də Onunla birgə izzətlə zühur edəcəksiniz.
Kolosseli̇lərə 3:3–4
Müqəddəs Yazı seçimləri Gündəlik Yolda Gündəlik İşıqdan (ictimai domen tərtibatı).
Son günlər
Hamısına bax21 dek 2025
Yeşaya 60:20 · Yəhya 16:33
20 dek 2025
Efesli̇lərə 1:4 · 2 Saloni̇kli̇lərə 2:13
19 dek 2025
Zəbur 112:4 · Yeşaya 50:10
18 dek 2025
İbrani̇lərə 4:16 · Fi̇li̇pi̇li̇lərə 4:6–7
17 dek 2025
Zəbur 80:18 · Yəhya 6:63
16 dek 2025
Yəhya 13:1 · Yəhya 17:9–10
