BİZ İNSANLARIN XƏBƏRDARLIQLARINA CAVAB VERİRİK ...
Niyə Allahınkılara yox?
Həyat xəbərdarlıqlarla doludur: dəmir yolu keçidində yanıb-sönən işıqlar, yaxınlaşan qatarın qışqıran fit səsi və «Qabaqda kəskin döngə», «Təhlükə - Yüksək Gərginlik» və «Girməyin» kimi işarələr. Əgər polis sireni eşitsək, tez yoldan çəkilirik. Lakin Allah bizə «gələcək qəzəbdən qaçın» (Matta 3:7) deyə xəbərdarlıq edəndə, laqeyd qalırıqmı? Allahın xəbərdarlığı digər xəbərdarlıqlardan daha vacib deyilmi?
Əgər şüşənin üzərindəki xəbərdarlıq etiketində «zəhər» yazılıbsa, onun tərkibi ilə ehtiyatlı davranırıq. Əgər səhiyyə orqanları suyun çirkləndiyini deyirsə, onu içməyi dayandırırıq. Lakin Allah bizə «günahın əmək haqqı ölümdür» (Romalılar 6:23) deyəndə, günah işləməyə davam edirikmi?
Əgər rəssam «Yaş Boya» xəbərdarlığı yazan bir işarə qoyarsa, toxunmuruq. Əgər «Girmək Qadağandır» işarəsi görsək, uzaq dururuq. Amma Allah bizə «günah edən can öləcək» (Hezekiel 18:20) deyəndə, günahda davam edirikmi?
Əgər həkim bir insanın yoluxucu xəstəliyi olduğunu deyirsə, uzaq dururuq. Əgər bir idman tədbiri bilet tələb edirsə, bir bilet aldığımızdan əmin oluruq. Lakin İsa «Əgər bir kəs yenidən doğulmasa, Allahın səltənətini görə bilməz» (Yəhya 3:3) deyəndə, Onun Sözünü saymırıqmı?
Əgər bir işarədə «Pulsuz Nümunə» yazılıbsa, birini aldığımızdan əmin oluruq. Amma Müqəddəs Ruh «Allahın hədiyyəsi Rəbbimiz İsa Məsihdə əbədi həyatdır» (Romalılar 6:23) elan edəndə, «İndi yox» deyə cavab veririkmi, baxmayaraq ki, buna çox ehtiyacımız var? Buna görə də bir çox insan əbədi olaraq itirilir!
«Biz insanların şəhadətini qəbul edirik, lakin Allahın şəhadəti daha böyükdür ... Və bu şəhadətdir: Allah bizə əbədi həyat vermişdir və bu həyat Onun Oğlunda. Kimin Oğlu varsa, həyatı var; kimin Allahın Oğlu yoxdursa, həyatı yoxdur» (1 Yəhya 5:9-12 NIV). Biz insanların xəbərdarlıqlarına cavab veririk. Niyə Allahınkılara yox?
Allah sizi xəbərdar edir; hələ cavab vermisinizmi? Biz sizə necə olduğunu deyə bilərik.
