Amma Xilaskarımız Allah xeyirxahlığını və insana olan sevgisini açıq göstərdiyi zaman
TİTƏ 3:4
Gündəlik İşıq
Amma Xilaskarımız Allah xeyirxahlığını və insana olan sevgisini açıq göstərdiyi zaman
TİTƏ 3:4
Rəbb uzaqdan mənə görünüb dedi: «Səni əbədi bir məhəbbətlə sevdim, Buna görə də sevgi ilə Səni Özümə tərəf çəkdim.
YEREMYA 31:3
Allahın bizə olan məhəbbəti belə zahir oldu: Allah Öz vahid Oğlunu dünyaya göndərdi ki, biz Onun vasitəsilə yaşayaq. Məhəbbət bizim Allahı sevməyimizlə bağlı deyil, amma bundan ibarətdir: O bizi sevdi və Öz Oğlunu bizim günahlarımıza görə kəffarə qurbanı olaraq göndərdi.
1 YƏHYA 4:9-10
Lakin vaxt tamam olanda Allah qadından, Qanun altında doğulan Öz Oğlunu göndərdi ki, Qanun altında olanları satın alsın və biz övladlığa götürülək.
QALATİYALILARA 4:4-5
Kəlam bəşər olub, lütf və həqiqətlə dolu olaraq aramızda məskən saldı; biz də Onun ehtişamını – Atadan gələn vahid Oğulun ehtişamını gördük.
YƏHYA 1:14
Şübhəsiz ki, möminliyin sirri böyükdür: O, cismən zühur etdi, Ruh tərəfindən təsdiq olundu, Mələklərə göründü, Millətlərə vəz olundu, Dünyada Ona iman edildi, İzzətlə göyə çəkildi.
1 TİMOTEYƏ 3:16
Bu səbəbdən bu övladlar tərkibcə qan və ətdən yarandıqlarına görə İsa Özü də onların insan təbiətinə şərik oldu ki, ölüm üzərində hakimiyyət sahibi olanı, yəni iblisi Öz ölümü vasitəsilə təsirsiz hala gətirsin
İBRANİLƏRƏ 2:14
Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).
24 dek 2025
Romans 8:13
23 dek 2025
Isaiah 27:5
22 dek 2025
1 Thessalonians 1:3
21 dek 2025
Isaiah 60:20
20 dek 2025
Ephesians 1:4
19 dek 2025
Psalms 112:4
18 dek 2025
Hebrews 4:16