İsa onların imanını görəndə iflic olan adama dedi: «Oğlum, günahların bağışlandı».
MARK 2:5
Gündəlik İşıq
İsa onların imanını görəndə iflic olan adama dedi: «Oğlum, günahların bağışlandı».
MARK 2:5
«Bundan sonra bir kəs öz qonşusunu yaxud qardaşını “Rəbbi tanıyın” deyib öyrətməyəcək. Ona görə ki böyükdən kiçiyə qədər hamı Məni tanıyacaq. Çünki təqsirlərini bağışlayacağam, günahlarını daha yada salmayacağam» Rəbb belə bəyan edir.
YEREMYA 31:34
«Bu Adam niyə belə danışır? Bu ki küfrdür! Tək Allahdan başqa günahları kim bağışlaya bilər?»
MARK 2:7
Mənəm Öz xatirimə görə sənin üsyankarlığını silən, Bəli, Mən günahlarını da yada salmaram.
YEŞAYA 43:25
Üsyankarlığı bağışlanan, Günahı əfv olunan insan Nə bəxtiyardır! Rəbb tərəfindən təqsirkar sayılmayan, Qəlbində hiylə olmayan insan Nə bəxtiyardır!
ZƏBUR 32:1-2
Sağ qalan xalqının cəzasını aradan götürən, Üsyankarlığını bağışlayan Sənin kimi Allah varmı? Qəzəbini əbədi saxlamazsan, Çünki məhəbbət göstərməyi xoşlayırsan.
MİKEYA 7:18
Amma bir-birinizə qarşı xeyirxah, rəhmli olun və Allah Məsihdə sizi bağışladığı kimi siz də bir-birinizi bağışlayın.
EFESLİLƏRƏ 4:32
O, şəhadət üçün gəldi ki, Nur barədə şəhadət etsin və hamı onun vasitəsilə iman etsin. O özü Nur deyildi, amma Nur barədə şəhadət etmək üçün gəldi. Bu, həqiqi Nur idi və dünyaya gələrək hər bir insanı işıqlandırırdı.
YƏHYA 1:7-9
Nə qədər şərq qərbdən uzaqdırsa, Qanunsuzluqlarımızı bizdən o qədər uzaqlaşdırıb.
ZƏBUR 103:12
Günah sizə hökmranlıq etməyəcək, ona görə ki siz Qanun altında deyil, lütf altındasınız.
ROMALILARA 6:14
Beləcə günahdan azad olub salehliyin qulu oldunuz.
ROMALILARA 6:18
Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).
27 dek 2025
2 Corinthians 4:18
26 dek 2025
1 Corinthians 15:58
25 dek 2025
Titus 3:4
24 dek 2025
Romans 8:13
23 dek 2025
Isaiah 27:5
22 dek 2025
1 Thessalonians 1:3
21 dek 2025
Isaiah 60:20