Buna görə ağılsız olmayın, Rəbbin iradəsini dərk edin.
EFESLİLƏRƏ 5:17
Gündəlik İşıq
Buna görə ağılsız olmayın, Rəbbin iradəsini dərk edin.
EFESLİLƏRƏ 5:17
Çünki Allahın iradəsinə görə müqəddəslik yolunuz belədir: cinsi əxlaqsızlıqdan qaçın,
1 SALONİKLİLƏRƏ 4:3
Allahla barışıb dost olsan, Xeyir taparsan.
ƏYYUB 22:21
Əbədi həyat da budur ki, Səni – yeganə həqiqi Allahı və göndərdiyin İsa Məsihi tanısınlar.
YƏHYA 17:3
Bunu da bilirik ki, Allahın Oğlu gəlib bizə Haqq Olanı tanımaq üçün dərrakə verdi. Biz də Haqq Olanda, Onun Oğlu İsa Məsihdəyik. Həqiqi Allah və əbədi həyat Odur.
1 YƏHYA 5:20
Ona görə bunu eşitdiyimiz gündən bəri sizin tam hikmət və ruhani idrakla Allahın iradəsini bütünlüklə qavramanız üçün biz də dualarımızı və yalvarışlarımızı kəsmədik.
KOLOSSELİLƏRƏ 1:9
Dua edirəm ki, Rəbbimiz İsa Məsihin Allahı olan izzətli Ata Özünü sizə tanıtmaq üçün hikmət və vəhy ruhunu versin. Qoy O, qəlbinizin gözünü nurlandırsın ki, Onun çağırışından yaranan ümidin nə olduğunu, müqəddəslərə verdiyi irsin izzətinin necə zəngin olduğunu, Onun böyük qüvvəsinin fəaliyyətinə görə iman edən bizlərə sərf etdiyi qüdrətinin hədsiz böyüklüyünün nə olduğunu görəsiniz.
EFESLİLƏRƏ 1:17-19
Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).
28 dek 2025
Mark 2:5
27 dek 2025
2 Corinthians 4:18
26 dek 2025
1 Corinthians 15:58
25 dek 2025
Titus 3:4
24 dek 2025
Romans 8:13
23 dek 2025
Isaiah 27:5
22 dek 2025
1 Thessalonians 1:3