31 dek 2025
Gündəlik İşıq, 1 yanvar: Elə qaçın ki, mükafatı qazanasınız
Gündəlik İşıq
Yalnız bir şey edirəm: arxada qalanları unudub qarşımda olana çatmaq üçün cəhd edirəm və hədəfə doğru qaçıram ki, mükafatı alım, yəni Allahın Məsih İsada yuxarıya çağırışına nail olum.
Fi̇li̇pi̇li̇lərə 3:13–14
Ey Ata, istəyirəm ki, Mənə verdiyin şəxslər də Mənim olduğum yerdə Mənimlə birlikdə olub Mənim izzətimi görsünlər.
Yəhya 17:24
Çünki Kimə iman etdiyimi bilirəm və əminəm ki, mənə verdiyi əmanəti qiyamət gününə qədər saxlamağa qadirdir.
2 Ti̇moteyə 1:12
Sizdə xeyirli işə başlayan Allah Məsih İsanın zühur edəcəyi günədək bunu başa çatdıracaq.
Fi̇li̇pi̇li̇lərə 1:6
Qaçışda yarışanların hamısının qaçdığını, amma təkcə bir nəfərin mükafat aldığını bilmirsinizmi? Elə qaçın ki, mükafatı qazanasınız. Yarışda iştirak edən hər kəs hər cəhətdən öz nəfsinə hakimdir. Onlar bunu solub gedən dəfnə çələngi almaq üçün edər, biz isə solmaz tac almaq üçün çalışırıq.
1 Kori̇nfli̇lərə 9:24–25
Buna görə bu qədər böyük şahidlər buludu ilə əhatə olunduğumuz üçün biz hər bir yükü və bizi asanlıqla çaşdıran günahı tərk edib qarşımızdakı yarışda dözümlə qaçaq. Gözümüzü imanımızın Banisi və Kamilləşdiricisi olan İsaya dikək.
İbrani̇lərə 12:1–2
Başının üstündə Rəbb gedəcək. O səninlədir, səni atmaz və tərk etməz.
Qanunun Təkrari 31:8
Əgər Sənin hüzurun bizimlə getməsə, bizi buradan göndərmə.
Çixiş 33:15
Ya Rəbb, bilirəm ki, İnsanın ömrü öz əlində deyil. Addımlarını düzəltmək Gedən adamın işi deyil.
Yeremya 10:23
Rəbb insana gedəcəyi yolu göstərir, Kimdən razı qalırsa, onu möhkəmləndirir. Bu insan büdrəsə də, yıxılmaz, Çünki Rəbb onun əlindən tutar.
Zəbur 37:23–24
Amma daim Səninlə olmuşam, Mənim sağ əlimdən tutmusan. Nəsihətinlə mənə yol göstərirsən, Sonra məni şərəfə çatdıracaqsan.
Zəbur 73:23–24
Çünki əminəm ki, nə ölüm, nə həyat, nə mələklər, nə başçılar, nə indiki, nə də gələcək şeylər, nə qüvvələr, nə ucalıq, nə dərinlik, nə də başqa bir məxluq bizi Rəbbimiz Məsih İsada olan Allah məhəbbətindən ayırmağa qadir olmayacaq.
Romalilara 8:38–39
Müqəddəs Yazı seçimləri Gündəlik Yolda Gündəlik İşıqdan (ictimai domen tərtibatı).
Son günlər
Hamısına bax30 dek 2025
1 Kori̇nfli̇lərə 1:8 · Kolosseli̇lərə 1:21–23
29 dek 2025
Efesli̇lərə 5:17 · 1 Saloni̇kli̇lərə 4:3
28 dek 2025
Mark 2:5 · Yeremya 31:34
27 dek 2025
2 Kori̇nfli̇lərə 4:18 · İbrani̇lərə 13:14
26 dek 2025
1 Kori̇nfli̇lərə 15:58 · 1 Kori̇nfli̇lərə 15:58
25 dek 2025
Ti̇tə 3:4 · Yeremya 31:3
