Yaşamaq üçün onlar bir şəhərə çatanadək Onları düz yolla apardı.
ZƏBUR 107:7
Gündəlik İşıq
Yaşamaq üçün onlar bir şəhərə çatanadək Onları düz yolla apardı.
ZƏBUR 107:7
Onu quraq bir torpaqda, Uğultulu, boş-biyaban səhrada tapdı. Bir sipər kimi onu hifz etdi, Göz bəbəyi kimi onu qorudu. Yuvasında balalarını sövq etdirərək uçuran, Onlar üzərində qanad çalan, Qanadlarını açıb onları tutan, Pərlərinin üzərində aparan qartal kimi Ona yol göstərən yalnız Rəbb idi. Yanında özgə bir allah yox idi.
QANUNUN TƏKRARI 32:10-12
Siz qocalanacan Mən Oyam, Saçlarınıza dən düşənəcən Mən sizi aparacağam, Sizi Mən yaratdım, Mən daşıyacağam. Bəli, Mən sizi aparacağam və xilas edəcəyəm.
YEŞAYA 46:4
Məni yenə də canlandırır, İsmi şərəfinə salehlik yolları ilə aparır. Ölüm kölgəsinin dərəsində gəzsəm belə, Şərdən qorxmaram, çünki Sən mənimləsən, Sənin əsan, Sənin dəyənəyin mənə təsəlli verir.
ZƏBUR 23:3-4
Rəbb həmişə sizə yol göstərəcək, Quru torpaqlarda sizi doyuzduracaq, güc verəcək. Siz də sulanmış bağça kimi, Suları heç vaxtı əskilməyən Bulaq kimi olacaqsınız.
YEŞAYA 58:11
«Əbədi, sonsuzadək Bu Allah bizim Allahımızdır. Ömrümüzün sonunadək O bizə yol göstərəcək!»
ZƏBUR 48:14
Budur, Allah əzəməti ilə ucalır, Onun kimi müəllim haradadır?
ƏYYUB 36:22
Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).
2 yan 2026
Isaiah 42:10
1 yan 2026
Philippians 3:13-14
31 dek 2025
Deuteronomy 1:31
30 dek 2025
1 Corinthians 1:8
29 dek 2025
Ephesians 5:17
28 dek 2025
Mark 2:5
27 dek 2025
2 Corinthians 4:18