Ey Allahım, bu xalq üçün etdiyim işlərə görə məni yaxşılıqla xatırla!
NEHEMYA 5:19
Gündəlik İşıq
Ey Allahım, bu xalq üçün etdiyim işlərə görə məni yaxşılıqla xatırla!
NEHEMYA 5:19
Rəbb belə deyir: “Mən sənin cavanlığındakı mehrini, Gəlin olanda məhəbbətini, Səhrada, ot bitməyən torpaqda ardımca gəldiyini yadıma saldım.
YEREMYA 2:2
Ancaq Mən cavanlıq günlərində səninlə etdiyim əhdimi yada salacağam. Səninlə əbədi bir əhd bağlayacağam.
YEZEKEL 16:60
Çünki Rəbb belə deyir: “Babildə yetmiş iliniz bitəndə Mən sizə yenə baş çəkəcəyəm və sizi buraya qaytaracağım barədə verdiyim xoş sözü yerinə yetirəcəyəm. Çünki sizin barənizdə olan fikirlərimi Özüm bilirəm” Rəbb belə bəyan edir. “Mən sizin pisliyiniz deyil, salamatlığınız barədə düşünürəm ki, sizə ümidli bir gələcək verim.
YEREMYA 29:10-11
«Çünki göylər yer üzündən nə qədər yüksəkdirsə, Yollarım da sizin yollarınızdan, Fikirlərim də sizin fikirlərinizdən o qədər yüksəkdir.
YEŞAYA 55:9
Mən olsaydım, Allaha üz tutardım, Müşkül işlərimi Ona tapşırardım. Çünki O, dərk etmədiyimiz böyük işləri görür, Saysız xariqələr göstərir.
ƏYYUB 5:8-9
Ya Rəbb Allahım, Sənə bənzəyən yoxdur! Bizə aid xariqələrin, düşüncələrin çoxdur. Onlardan danışmaq istəsəm, Belə deyərdim: «Sayı-hesabı yoxdur».
ZƏBUR 40:5
Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).
6 yan 2026
Psalms 90:17
5 yan 2026
Hebrews 4:3
4 yan 2026
Deuteronomy 12:9
3 yan 2026
Psalms 107:7
2 yan 2026
Isaiah 42:10
1 yan 2026
Philippians 3:13-14
31 dek 2025
Deuteronomy 1:31