Qoy sülh qaynağı olan Allahın Özü sizi tamamilə təqdis etsin və Rəbbimiz İsa Məsihin zühurunda ruhunuz, canınız və bədəniniz nöqsansız olaraq qorunsun.
1 SALONİKLİLƏRƏ 5:23
Gündəlik İşıq
Qoy sülh qaynağı olan Allahın Özü sizi tamamilə təqdis etsin və Rəbbimiz İsa Məsihin zühurunda ruhunuz, canınız və bədəniniz nöqsansız olaraq qorunsun.
1 SALONİKLİLƏRƏ 5:23
Ey ərlər, Məsih imanlılar cəmiyyətini sevib onun uğrunda Özünü fəda etdiyi kimi siz də arvadlarınızı sevin.
EFESLİLƏRƏ 5:25
və beləcə onda ləkə, qırışıq yaxud başqa qüsur olmadan izzətli şəkildə, müqəddəs və nöqsansız olaraq Öz hüzuruna çıxarsın.
EFESLİLƏRƏ 5:27
Hər bir insanı Məsihdə kamilləşmiş olaraq Allaha təqdim etmək üçün hamıya tam müdrikliklə nəsihət və təlim verərək Məsihi bəyan edirik.
KOLOSSELİLƏRƏ 1:28
Onda Allahın ağlagəlməz sülhü ürəklərinizi və düşüncələrinizi Məsih İsada qoruyacaq.
FİLİPİLİLƏRƏ 4:7
Məsihin sülhü qoy ürəklərinizdə münsiflik etsin, çünki bir bədənin üzvləri kimi bu sülhə dəvət olundunuz. Həmçinin şükür edənlər olun!
KOLOSSELİLƏRƏ 3:15
Rəbbimiz İsa Məsihin Özü və bizi sevib lütfü ilə əbədi cəsarət və xeyirli ümid verən Atamız Allah sizi ürəkləndirsin, hər yaxşı söz və əməldə möhkəmləndirsin.
2 SALONİKLİLƏRƏ 2:16-17
Rəbbimiz İsa Məsih Öz günündə nöqsansız olmanız üçün sizi sonadək qüvvətləndirəcək.
1 KORİNFLİLƏRƏ 1:8
Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).
9 yan 2026
Psalms 60:4
8 yan 2026
Psalms 9:10
7 yan 2026
Nehemiah 5:19
6 yan 2026
Psalms 90:17
5 yan 2026
Hebrews 4:3
4 yan 2026
Deuteronomy 12:9
3 yan 2026
Psalms 107:7