11 yan 2026
Gündəlik İşıq, 12 yanvar: Orada gecə olmayacaq (Vəhy 21:25)
Gündəlik İşıq
Xilaskarımız, yeganə Allaha Rəbbimiz İsa Məsih vasitəsilə əzəldən bəri.
Yəhuda 1:25
Amma siz Allahın sayəsində Məsih İsadasınız. O bizim üçün ilahi müdriklik, salehlik, müqəddəslik və satınalınma oldu.
1 Kori̇nfli̇lərə 1:30
Allahın dərin sirlərini dərk edə bilərsənmi? Külli-İxtiyarın sərhədlərinə çata bilərsənmi? Onlar göylər qədər ucadır, axı nə edə bilərsən? Ölülər diyarından dərindir, nəyi dərk edə bilərsən?
Əyyub 11:7–8
Biz Allahdan gələn sirli müdrikliyi öyrədirik. Allah bu müdrikliyi bizim izzətimiz üçün zaman başlamazdan əvvəl müəyyən etdi və gizli saxladı.
1 Kori̇nfli̇lərə 2:7
Və hər şeyi yaradan Allahda əzəldən bəri sirr olaraq saxlanan niyyətinin nə olduğunu bütün insanlara izah edim. Belə ki Allahın çoxcəhətli hikməti indi imanlılar cəmiyyəti vasitəsilə səmadakı başçılara və hakimlərə bildirilsin.
Efesli̇lərə 3:9–10
Əgər sizlərdən birinin müdrikliyi çatışmırsa, hər kəsə səxavətlə və məzəmmət etmədən verən Allahdan diləsin və ona veriləcək.
Yaqub 1:5
Amma yuxarıdan nazil olan müdriklik əvvəla safdır, sonra da sülhpərvərdir, mülayimdir, itaətlidir, mərhəmət və xeyirli bəhrələrlə doludur, qərəzsizdir, riyasızdır.
Yaqub 3:17
Görəsən nə vaxt qalxacağam? Gecə isə hey uzanır.
Əyyub 7:4
Ey gözətçi, gecənin qurtarmağına nə qədər qalıb?» Gözətçi cavab verdi: «Səhərin açılmağına az qalıb, Lakin yenə gecə gələcək.
Yeşaya 21:11–12
Çünki «Bir az müddətdən sonra Gələn gələcək, gecikməyəcək.
İbrani̇lərə 10:37
Buludsuz bir səmada gün doğarkən sübh şəfəqi kimidir.
İki̇nci̇ Şamuel 23:4
Sizin üçün yer hazırlamağa gedirəm? Gedib sizin üçün yer hazırlayandan sonra yenə gəlib sizi Öz yanıma götürəcəyəm ki, Mənim olduğum yerdə siz də olasınız. ... Qoy ürəyiniz təlaşa düşməsin və qorxmayın. Sizə “indi gedirəm, sonra yenə yanınıza gələcəyəm” söylədiyimi eşitdiniz.
Yəhya 14:2–3, 27–28
Ya Rəbb, bütün düşmənlərin belə yox olur. Amma səni sevənlər qüdrəti ilə doğan günəş kimi olur!
Haki̇mlər 5:31
Axı hamınız nur və gündüz övladlarısınız. Biz nə gecənin, nə də qaranlığın övladlarıyıq.
1 Saloni̇kli̇lərə 5:5
Orada gecə olmayacaq.
Vəhy 21:25
Müqəddəs Yazı seçimləri Gündəlik Yolda Gündəlik İşıqdan (ictimai domen tərtibatı).
Son günlər
Hamısına bax10 yan 2026
1 Saloni̇kli̇lərə 5:23 · Efesli̇lərə 5:25
9 yan 2026
Zəbur 60:4 · Yeşaya 59:19
8 yan 2026
Zəbur 9:10 · Süleymanin Məsəlləri̇ 18:10
7 yan 2026
Nehemya 5:19 · Yeremya 2:2
6 yan 2026
Zəbur 90:17 · Yezekel 16:14
5 yan 2026
İbrani̇lərə 4:3 · Yeremya 9:5
