17 yan 2026
Gündəlik İşıq, 18 yanvar: Bəli, belə olacaq (Vəhy 1:7)
Gündəlik İşıq
Adəm o gələcək İnsanın əvvəlcədən göstərilən təsviri idi.
Romalilara 5:14
Amma Allahın lütfü ilə hər kəsin uğrunda ölmək üçün mələklərdən az müddət ərzində aşağı tutulmuş Şəxsi ... Çəkdiyi ölüm əzabına görə Onun başına izzət və əzəmət tacı qoyuldu.
İbrani̇lərə 2:9
Bir Nəfər hamı üçün öldüyünə görə hamı öldü.
2 Kori̇nfli̇lərə 5:14
Necə ki bir adamın itaətsizliyi üzündən bir çoxları günahkar sayıldı, eləcə də bir Adamın itaəti sayəsində bir çoxları saleh sayılacaq.
Romalilara 5:19
Ilk insan Adəm «canlı bir varlıq oldu». Sonuncu Adəm isə həyat verən ruh oldu. Amma ilkin ruhani deyil, təbii bədəndir. Ruhani isə sonra gəlir.
1 Kori̇nfli̇lərə 15:45–46
Sonra Allah dedi: Öz surətimizə və bənzərimizə görə insanı yaradaq ... Allah insanı Öz surətində yaratdı, Allahın surətində yaratdı.
Yaradiliş 1:26–27
Allah qədim zamanlarda dəfələrlə və müxtəlif yollarla əcdadlarımıza peyğəmbərlər vasitəsilə müraciət etmişdi. Amma bu axır zamanda O bizə Oğul vasitəsilə müraciət etdi ... Oğul Allahın izzətinin əksi və mahiyyətinin tam surətidir.
İbrani̇lərə 1:1–3
Sən Ona bütün bəşər üzərində səlahiyyət verdin ki, Ona verdiyin şəxslərin hamısına əbədi həyat versin.
Yəhya 17:2
İlk insan yerin torpağından, ikinci İnsan göydən yarandı. Torpaqdan yaranan adam necədirsə, torpaqdan yarananlar da elədir; səmavi Adam necədirsə, səmavilər də elədir.
1 Kori̇nfli̇lərə 15:47–48
Indi və bundan sonra baş verəcək hadisələri yaz.
Vəhy 1:19
Amma necə ki yazılmışdı: «Allahın Onu sevənlər üçün hazırladıqlarını Nə göz görüb, nə qulaq eşidib, Nə də insan ürəyi dərk edib». Bizə isə Allah bunları Öz Ruhu ilə açdı.
1 Kori̇nfli̇lərə 2:9–10
Onu söyləyəcək və gələcəyi sizə bildirəcək.
Yəhya 16:13
Budur, O, buludlarla gəlir! Hər göz Onu görəcək, Hətta Onun bədənini deşənlər də Onu görəcək. Yer üzünün bütün tayfaları Onun üçün ah-nalə edəcək. Bəli, belə olacaq. Amin.
Vəhy 1:7
Qardaşlar, vəfat edənlər haqqında bixəbər qalmağınızı istəmirik ki, ümidsiz olan digər adamlar kimi kədərlənməyəsiniz. Axı İsanın ölüb-dirilməsinə inanırıqsa, demək İsaya bağlanaraq vəfat edənləri də Allah Onunla birgə qaytaracaq. Rəbb Özü əmrini səsləndirməklə, baş mələyin sədası və Allahın şeypuru ilə göydən enəcək. Əvvəlcə Məsihdə olaraq ölənlər diriləcək. Ondan sonra sağ qalan bizlər Rəbbi havada qarşılamaq üçün onlarla birgə buludlar içində götürülüb-aparılacaq və beləcə daim Rəblə olacağıq.
1 Saloni̇kli̇lərə 4:13–14, 16–17
Müqəddəs Yazı seçimləri Gündəlik Yolda Gündəlik İşıqdan (ictimai domen tərtibatı).
Son günlər
Hamısına bax16 yan 2026
Kolosseli̇lərə 1:19 · Yəhya 3:35
15 yan 2026
Zəbur 119:25 · Kolosseli̇lərə 3:1–3
14 yan 2026
Yəhya 14:28 · Luka 11:2
13 yan 2026
Yeşaya 26:3 · Zəbur 55:22
12 yan 2026
Yəhuda 25 · 1 Kori̇nfli̇lərə 1:30
11 yan 2026
Zəbur 65:1 · 1 Kori̇nfli̇lərə 8:6
