Qoy sizin mülayimliyiniz bütün insanlara məlum olsun. Rəbb yaxındır.
FİLİPİLİLƏRƏ 4:5
Gündəlik İşıq
Qoy sizin mülayimliyiniz bütün insanlara məlum olsun. Rəbb yaxındır.
FİLİPİLİLƏRƏ 4:5
Rəbb Özü əmrini səsləndirməklə, baş mələyin sədası və Allahın şeypuru ilə göydən enəcək. Əvvəlcə Məsihdə olaraq ölənlər diriləcək. Ondan sonra sağ qalan bizlər Rəbbi havada qarşılamaq üçün onlarla birgə buludlar içində götürülüb-aparılacaq və beləcə daim Rəblə olacağıq. Buna görə bir-birinizə bu sözlərlə təsəlli verin.
1 SALONİKLİLƏRƏ 4:16-18
Bunlara şəhadət edən deyir: «Bəli, tezliklə gəlirəm!» Amin. Gəl, ya Rəbb İsa!
VƏHY 22:20
Buna görə, sevimlilər, madam ki bunları gözləyirsiniz, Allahın önündə ləkəsiz və nöqsansız olaraq sülh içində yaşamağa səy göstərin.
2 PETER 3:14
Hər cür şərdən uzaq durun. Qoy sülh qaynağı olan Allahın Özü sizi tamamilə təqdis etsin və Rəbbimiz İsa Məsihin zühurunda ruhunuz, canınız və bədəniniz nöqsansız olaraq qorunsun. Sizi çağıran Allah sadiqdir və bunu edəcək.
1 SALONİKLİLƏRƏ 5:22-24
Siz də səbirli və ürəkli olun, çünki Rəbbin zühuru yaxındır.
YAQUB 5:8
Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).
23 yan 2026
Romans 5:5
22 yan 2026
Psalms 48:14
21 yan 2026
John 15:2
20 yan 2026
Isaiah 9:6
19 yan 2026
Acts 20:19
18 yan 2026
Romans 5:14
17 yan 2026
Isaiah 38:17