25 yan 2026
Gündəlik İşıq, 26 yanvar: Amma nə olacağımız hələ üzə çıxmayıb
Gündəlik İşıq
Buna görə Onun gördüyü təhqiri daşıyaraq düşərgənin kənarına çıxıb Onun yanına gedək. Çünki burada daimi şəhərimiz yoxdur, amma biz gələcək şəhəri axtarırıq.
İbrani̇lərə 13:13–14
Sevimlilər, sizi sınamaq üçün aranızda baş verən odlu imtahana sanki başınıza gələn qəribə bir iş kimi təəccüb etməyin. Əksinə, Məsihin əzablarına nə qədər şərik olursunuzsa, o qədər sevinin ki, Onun izzətli zühurunda hədsiz sevinəsiniz.
1 Peter 4:12–13
Çünki əzablarımıza şərik olduğunuz kimi təsəllimizə də şərik olduğunuzu bilirik.
2 Kori̇nfli̇lərə 1:7
Məsihin adına görə təhqir olunsanız, siz nə bəxtiyarsınız! Çünki Allahın izzətli Ruhu üzərinizdə qalır.
1 Peter 4:14
Həvarilər bu ad uğrunda təhqirə layiq görüldükləri üçün sevinərək Ali Şuranın önündən ayrıldılar.
Həvari̇ləri̇n İşləri̇ 5:41
Günahdan müvəqqəti zövq almaqdansa Allahın xalqı ilə birlikdə əzab çəkməyi üstün tutdu. Məsih naminə çəkdiyi təhqiri Misir xəzinələrindən daha böyük var-dövlət saydı, çünki gözünü alacağı mükafata dikmişdi.
İbrani̇lərə 11:25–26
Bizsə səma vətəndaşlarıyıq və oradan Xilaskar olan Rəbb İsa Məsihi həvəslə gözləyirik. O hər şeyi Özünə tabe etməyə qadir olan qüvvəsinin təsiri ilə bizim yazıq bədənimizi dəyişdirib Öz izzətli bədəninə bənzər hala gətirəcək.
Fi̇li̇pi̇li̇lərə 3:20–21
Yüksəkdə, taxta oxşayan şeyin üzərində insana bənzər bir Şəxs var idi. Mən gördüm ki, Onun belindən yuxarı hissəsi kükrəyən metala oxşayır, içi isə hər tərəfdən alov kimi idi. Mən Onun belindən aşağı görünüşünü də gördüm: sanki bir alov idi və ətrafında parıltı var idi. ... Bu, Rəbbin izzətinə bənzər bir görüntü idi.
Yezekel 1:26–28
Biz hamımız niqabsız üzdə Rəbbin ehtişamını əks etdirərək Rəbbin surətində dəyişilirik. Ruh olan Rəbdən yaranan bu ehtişam get-gedə bizdə görünməyə başlayır.
2 Kori̇nfli̇lərə 3:18
Amma nə olacağımız hələ üzə çıxmayıb. Lakin bilirik ki, Məsih zühur edəndə biz Ona bənzəyəcəyik, çünki Onu olduğu kimi görəcəyik.
1 Yəhya 3:2
Onlar bir daha nə ac, Nə də susuz qalacaq.
Vəhy 7:16
Onlar Allahın qulu Musanın nəğməsini və Quzunun nəğməsini oxuyaraq deyir: «Ey Külli-İxtiyar Rəbb Allah, Sənin işlərin böyük və heyrətlidir.
Vəhy 15:3
Müqəddəs Yazı seçimləri Gündəlik Yolda Gündəlik İşıqdan (ictimai domen tərtibatı).
Son günlər
Hamısına bax24 yan 2026
Fi̇li̇pi̇li̇lərə 4:5 · 1 Saloni̇kli̇lərə 4:16–18
23 yan 2026
Romalilara 5:5 · Yeşaya 49:23
22 yan 2026
Zəbur 48:14 · Yeşaya 25:1
21 yan 2026
Yəhya 15:2 · Malaki̇ 3:2–3
20 yan 2026
Yeşaya 9:6 · Yəhya 1:14
19 yan 2026
Həvari̇ləri̇n İşləri̇ 20:19 · Matta 20:26–28
