Həcər onunla danışan Rəbbə «Sən məni görən Allahsan» dedi, çünki o söyləmişdi: «Doğrudan da, burada məni görən Allahı gördüm».
YARADILIŞ 16:13
Gündəlik İşıq
Həcər onunla danışan Rəbbə «Sən məni görən Allahsan» dedi, çünki o söyləmişdi: «Doğrudan da, burada məni görən Allahı gördüm».
YARADILIŞ 16:13
Ya Rəbb, məni yoxlayaraq tanıdın, Oturuşumu-duruşumu Özün bilirsən, Fikirlərimi uzaqdan duyursan. Getməyimə, yatmağıma nəzarət edirsən, Nə yollardan keçdiyimi bilirsən. Sözlərimi dilə gətirməmişdən əvvəl, Ya Rəbb, hamısını tamamilə bilirsən.
ZƏBUR 139:1-4
Bu bilik əsrarəngizdir, məndən yüksəkdir, Bunu dərk edə bilmərəm.
ZƏBUR 139:6
Rəbbin gözü hər yerə baxar, Pislərə, yaxşılara nəzər salar.
SÜLEYMANIN MƏSƏLLƏRİ 15:3
İnsanların yolları Rəbbin gözü qarşısındadır, Onların hər addımlarını yoxlayır.
SÜLEYMANIN MƏSƏLLƏRİ 5:21
İsa da onlara belə dedi: «İnsanların qarşısında özünüzü saleh göstərən sizsiniz, amma Allah sizin ürəyinizi bilir. Çünki insanlar arasında uca tutulan şey Allah qarşısında iyrənclikdir.
LUKA 16:15
Çünki Rəbbin gözləri yer üzünü seyr edir ki, ürəyi bütünlüklə Onunla olanları qüvvətləndirsin. Ağılsızlıq etdin. İndidən sənə müharibə olacaq».
İKİNCİ SALNAMƏLƏR 16:9
Amma İsa bütün adamların daxilini bildiyi üçün onlara güvənməzdi. Bir adam haqqında kiminsə Ona şəhadət etməsinə ehtiyacı yox idi, çünki insanın ürəyindən keçənləri bilirdi.
YƏHYA 2:24-25
Üçüncü dəfə Peterə dedi: «Ey Yəhya oğlu Şimon, Məni sevirsənmi?» Peter üçüncü dəfə İsanın ona «Məni sevirsənmi?» sualını verməyinə kədərləndi və Ona dedi: «Ya Rəbb, Sən hər şeyi bilirsən, Səni sevdiyimi bilirsən». İsa ona dedi: «Quzularımı bəslə.
YƏHYA 21:17
Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).
28 yan 2026
Deuteronomy 33:25
27 yan 2026
1 John 3:5
26 yan 2026
Hebrews 13:13-14
25 yan 2026
Romans 3:22
24 yan 2026
Philippians 4:5
23 yan 2026
Romans 5:5
22 yan 2026
Psalms 48:14