Yeyib-doyanda sizə verdiyi gözəl torpağa görə Allahınız Rəbbə həmd edəcəksiniz. Ehtiyatlı olun ki, Allahınız Rəbbi unutmayasınız. Bu gün sizə buyurduğum Rəbbin əmr, hökm və qaydalarına riayət edin.
QANUNUN TƏKRARI 8:10-11
Gündəlik İşıq
Yeyib-doyanda sizə verdiyi gözəl torpağa görə Allahınız Rəbbə həmd edəcəksiniz. Ehtiyatlı olun ki, Allahınız Rəbbi unutmayasınız. Bu gün sizə buyurduğum Rəbbin əmr, hökm və qaydalarına riayət edin.
QANUNUN TƏKRARI 8:10-11
Onlardan biri isə sağaldığını görəndə uca səslə Allahı izzətləndirərək qayıtdı. O üzüstə İsanın ayaqlarına düşərək Ona təşəkkür etdi. Bu adam Samariyalı idi. Onda İsa dedi: «Pak olanlar on nəfər deyildimi? Bəs qalan doqquz adam haradadır? Bu yadellidən savayı geri dönüb Allaha izzət verən olmadımı?»
LUKA 17:15-18
Çünki Allahın yaratdığı hər şey yaxşıdır, şükürlə qəbul edilən heç bir şey rədd edilməməlidir. Çünki hər şey Allahın kəlamı və dua ilə təqdis olur.
1 TİMOTEYƏ 4:4-5
Bir günü fərqləndirən adam onu Rəbb üçün fərqləndirir. Yeyən Rəbb üçün yeyir, çünki Allaha şükür edir. Yeməyən də Rəbb üçün yemir və Allaha şükür edir.
ROMALILARA 14:6
Rəbbin xeyir-duası insana sərvət gətirər, Daha ona qüssə verməz.
SÜLEYMANIN MƏSƏLLƏRİ 10:22
Rəbbə alqış et, ey könlüm, Ey bütün varlığım, Onun müqəddəs adına alqış et! Rəbbə alqış et, ey könlüm, Unutma etdiyi yaxşılıqları: Odur bütün təqsirlərini əfv edən, Bütün xəstəliklərinə şəfa verən. Odur həyatını məzara düşməkdən qurtaran, Məhəbbətin, mərhəmətin tacını başına qoyan.
ZƏBUR 103:1-4
Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).
6 fev 2026
1 Timothy 1:14
5 fev 2026
John 10:10
4 fev 2026
Deuteronomy 17:16
3 fev 2026
Haggai 2:4
2 fev 2026
1 Chronicles 4:10
1 fev 2026
1 Peter 1:8
31 yan 2026
Numbers 33:55