Artıq sizə qul demirəm, çünki qul ağasının nə etdiyini bilmir. Mən sizə dost deyirəm, çünki Atamdan eşitdiyim bütün sözləri sizə bildirdim.
YƏHYA 15:15
Gündəlik İşıq
Artıq sizə qul demirəm, çünki qul ağasının nə etdiyini bilmir. Mən sizə dost deyirəm, çünki Atamdan eşitdiyim bütün sözləri sizə bildirdim.
YƏHYA 15:15
O vaxt Rəbb dedi: «Mən edəcəyim şeyi İbrahimdən gizlədəcəyəmmi?
YARADILIŞ 18:17
O isə onlara belə cavab verdi: «Səmavi Padşahlığın sirlərini bilmə qabiliyyəti sizə verilmişdir, lakin onlara verilməmişdir.
MATTA 13:11
Bizə isə Allah bunları Öz Ruhu ilə açdı. Çünki Ruh hər bir şeyi, Allahın dərin düşüncələrini belə, araşdırır.
1 KORİNFLİLƏRƏ 2:10
Biz Allahdan gələn sirli müdrikliyi öyrədirik. Allah bu müdrikliyi bizim izzətimiz üçün zaman başlamazdan əvvəl müəyyən etdi və gizli saxladı.
1 KORİNFLİLƏRƏ 2:7
Nə bəxtiyardır evinin həyətlərində yaşayan, Seçib Özünə yaxın etdiyin insan! Biz Sənin evinin, müqəddəs məbədinin Nemətləri ilə doyacağıq!
ZƏBUR 65:4
Rəbb Ondan qorxanlara sirrini açar, Onlara Öz əhdini öyrədər.
ZƏBUR 25:14
Çünki Mənə bildirdiyin sözləri onlara bildirdim, onlar da qəbul etdilər. Sənin yanından çıxıb gəldiyimi əminliklə bildilər və Məni Sən göndərdiyinə inandılar.
YƏHYA 17:8
Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).
7 fev 2026
Deuteronomy 8:10-11
6 fev 2026
1 Timothy 1:14
5 fev 2026
John 10:10
4 fev 2026
Deuteronomy 17:16
3 fev 2026
Haggai 2:4
2 fev 2026
1 Chronicles 4:10
1 fev 2026
1 Peter 1:8