Amma Rəbbimizin lütfü Məsih İsada olan iman və məhəbbətlə birlikdə mənə bol-bol ehsan edildi.
1 Ti̇moteyə 1:14
Gündəlik İşıq
Amma Rəbbimizin lütfü Məsih İsada olan iman və məhəbbətlə birlikdə mənə bol-bol ehsan edildi.
1 Ti̇moteyə 1:14
Rəbbimiz İsa Məsihin lütfündən xəbərdarsınız: siz Onun yoxsulluğu vasitəsilə varlı olasınız deyə Özü varlı olduğu halda sizin uğrunuzda yoxsullaşdı.
2 Kori̇nfli̇lərə 8:9
Qanunun meydana gəlməsi təqsirin çoxalmasına səbəb oldu. Lakin günah çoxalan yerdə Allahın lütfü daha da çoxaldı.
Romalilara 5:20
Bunu Məsih İsada bizə etdiyi xeyirxahlıqla lütfünün hədsiz zənginliyini gələcək dövrlərdə də göstərmək üçün etdi.
Efesli̇lərə 2:7
Əməllərlə deyil ki, heç kim öyünə bilməsin.
Efesli̇lərə 2:9
Lakin biz bilirik ki, insan Qanuna əməl etməklə deyil, yalnız İsa Məsihə iman etməklə saleh sayılır. Biz də Məsih İsaya iman etdik ki, Qanuna əməl etməklə deyil, Məsihə olan imanla saleh sayılaq. Çünki Qanuna əməl etməklə heç bir insan saleh sayılmaz.
Qalati̇yalilara 2:16
bizim salehliklə etdiyimiz əməllərlə deyil, Öz mərhəmətinə görə bizi xilas etdi. Bunu bizi yumaqla, yəni Müqəddəs Ruhun bizi yenidən doğuzdurub təzələməsi ilə etdi. Allah Xilaskarımız İsa Məsih vasitəsilə üzərimizə bol-bol Müqəddəs Ruhu tökdü ki,
Ti̇tə 3:5–6
Yenə deyir: «Mən İsa Öz mələyimi göndərdim ki, cəmiyyətlərə aid olan bu şəhadəti sizə versin. Mən Davudun Kökü və Nəsli, parlaq Dan Ulduzuyam».
Vəhy 22:16
“Onu mən görürəm, amma indi deyil, Mən ona baxıram, amma yaxından deyil. Yaqubdan bir ulduz çıxacaq, İsraildən bir Əsa ucalacaq, Moavlıların alınlarını, Şet övladlarının başlarını əzəcək.
Saylar 24:17
Gecə keçdi, gündüz isə yaxınlaşdı; buna görə də qaranlığın əməllərini üzərimizdən ataq və nurun silahlarına bürünək.
Romalilara 13:12
Gün sərinləşənəcən, kölgələr düşənəcən, Ey sevgilim, geri qayıt, Şişuclu dağların qoynunda olan Ahuya, maral balasına bənzərsən.
Nəğmələr Nəğməsi̇ 2:17
Duma barəsində xəbərdarlıq: Bir nəfər Seirdən məni səsləyir: «Ey gözətçi, gecənin qurtarmağına nə qədər qalıb? Ey gözətçi, gecənin qurtarmağına nə qədər qalıb?» Gözətçi cavab verdi: «Səhərin açılmağına az qalıb, Lakin yenə gecə gələcək. Soruşmaq istəsəniz, yenə gəlin soruşun».
Yeşaya 21:11–12
Sonra İsa yenə xalqa dedi: «Dünyanın nuru Mənəm. Mənim ardımca gələn heç vaxt qaranlıqda gəzməyəcək, həyat nuruna malik olacaq».
Yəhya 8:12
Bunu Atamdan necə aldımsa, eləcə də ona verəcəyəm. Dan ulduzunu da ona verəcəyəm.
Vəhy 2:28
Ehtiyatlı olun, oyaq olun. Çünki bilmirsiniz ki, o an nə vaxt gələcək. Bu, səyahətə çıxan bir adama bənzəyir. Evindən ayrılarkən qullarına səlahiyyət verir və hərəsinə bir iş tapşırır. Qapı nəzarətçisinə də əmr edir ki, oyaq olsun. Ona görə də oyaq olun. Çünki ev sahibinin nə vaxt – axşammı, gecə yarısımı, xoruz banlayandamı yaxud sübh tezdənmi gələcəyini bilmirsiniz. Qoy o qəfil gəlib sizi yatan görməsin. Sizə söylədiklərimi hamıya deyirəm, oyaq olun!»
Mark 13:33–37
Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).
Son günlər
Hamısına bax5 fev 2026
4 fev 2026
3 fev 2026
2 fev 2026
1 fev 2026
31 yan 2026
30 yan 2026
Ruhani İnkişaf
Peterin son məktubu möminlərə zehinlərini Allahın mesajı ilə təzələməyi, Onun Kəlamına itaət etməyi və Onun…

Lütf
Rut kitabı Allahın ehtiyacı olanlara çatan lütfünü təsvir edir və Məsih ilə Onun xalqı arasında inkişaf edən…

Milad
Bu Milad şeiri İsanın Beytlehemdə doğularkən yer olmamasına və bu gün də bir çoxlarının Onu rədd etməsinə…

Müqəddəs Kitab Öyrənməsi
Müqəddəs Kitab Allahın sevgisini, Xilaskara ehtiyacınızı və İsa Məsih vasitəsilə əbədi həyat yolunu açır.

Şagirdlik
Məsihçilər yerin duzu olmağa, cəmiyyəti korrupsiyadan qorumağa çağırılırlar. Dünyanın işığı olun, yaxşı…

Məsihçi həyatı
Miladın əsl mənasını nəğmələr vasitəsilə kəşf edin, İsa Məsih vasitəsilə Allahla barışıqdan gələn sülhə və…