Yeyib-doyanda sizə verdiyi gözəl torpağa görə Allahınız Rəbbə həmd edəcəksiniz. Ehtiyatlı olun ki, Allahınız Rəbbi unutmayasınız. Bu gün sizə buyurduğum Rəbbin əmr, hökm və qaydalarına riayət edin.
Qanunun Təkrari 8:10–11
Gündəlik İşıq
Yeyib-doyanda sizə verdiyi gözəl torpağa görə Allahınız Rəbbə həmd edəcəksiniz. Ehtiyatlı olun ki, Allahınız Rəbbi unutmayasınız. Bu gün sizə buyurduğum Rəbbin əmr, hökm və qaydalarına riayət edin.
Qanunun Təkrari 8:10–11
Onlardan biri isə sağaldığını görəndə uca səslə Allahı izzətləndirərək qayıtdı. O üzüstə İsanın ayaqlarına düşərək Ona təşəkkür etdi. Bu adam Samariyalı idi. Onda İsa dedi: «Pak olanlar on nəfər deyildimi? Bəs qalan doqquz adam haradadır? Bu yadellidən savayı geri dönüb Allaha izzət verən olmadımı?»
Luka 17:15–18
Çünki Allahın yaratdığı hər şey yaxşıdır, şükürlə qəbul edilən heç bir şey rədd edilməməlidir. Çünki hər şey Allahın kəlamı və dua ilə təqdis olur.
1 Ti̇moteyə 4:4–5
Bir günü fərqləndirən adam onu Rəbb üçün fərqləndirir. Yeyən Rəbb üçün yeyir, çünki Allaha şükür edir. Yeməyən də Rəbb üçün yemir və Allaha şükür edir.
Romalilara 14:6
Rəbbin xeyir-duası insana sərvət gətirər, Daha ona qüssə verməz.
Süleymanin Məsəlləri̇ 10:22
Rəbbə alqış et, ey könlüm, Ey bütün varlığım, Onun müqəddəs adına alqış et! Rəbbə alqış et, ey könlüm, Unutma etdiyi yaxşılıqları: Odur bütün təqsirlərini əfv edən, Bütün xəstəliklərinə şəfa verən. Odur həyatını məzara düşməkdən qurtaran, Məhəbbətin, mərhəmətin tacını başına qoyan.
Zəbur 103:1–4
İsa sahilə düşəndə böyük bir izdiham gördü, onlara rəhmi gəldi və xəstələrinə şəfa verdi.
Matta 14:14
İsa Məsih dünən, bu gün və əbədi olaraq eynidir.
İbrani̇lərə 13:8
Çünki bizim Baş Kahinimiz belə deyil ki, zəifliklərimizdə bizim halımıza acıya bilməsin. Əksinə, hər cəhətdən bizim kimi sınağa çəkilmiş, lakin günah etməmişdir.
İbrani̇lərə 4:15
Cahillərlə və yolunu azmışlarla həlim davrana bilir, çünki özü də zəifliyə məruzdur.
İbrani̇lərə 5:2
İsa şagirdlərin yanına qayıdıb gördü ki, onlar yatıb. O, Peteri səslədi: «Şimon, yatmısan? Məgər bir saat oyaq qala bilməzdin? Oyaq qalıb dua edin ki, sınağa düşməyəsiniz. Ruh həvəsli, cisimsə gücsüzdür».
Mark 14:37–38
Ata övladlarına rəhm etdiyi kimi Rəbb də Ondan qorxanlara elə rəhm edir. Çünki necə yarandığımızı bilir, Torpaqdan düzəlməyimizi unutmur.
Zəbur 103:13–14
Ey Xudavənd, Sən rəhmli, lütfkar Allahsan, Hədsiz səbirlisən, məhəbbətin və sədaqətin boldur. Sən mənə baxıb rəhm et, Bu bəndənə Öz gücündən ver, Kənizinin oğlunu xilas et.
Zəbur 86:15–16
Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).
Son günlər
Hamısına bax6 fev 2026
5 fev 2026
4 fev 2026
3 fev 2026
2 fev 2026
1 fev 2026
31 yan 2026

Ruhani İnkişaf
Xristian kimi yaşamaq, yalnız fiziki ehtiyaclara diqqət yetirməklə deyil, hər gün Allahın Sözü haqqında…
Yeni təbiət
Xilas haqqında dörd əsas həqiqəti araşdırın: bağışlanma, yeni təbiət, Müqəddəs Ruh və Allahla ünsiyyət.

Qadınlar Xidmətdə
İsanın xidməti, ölümü və dirilməsi boyunca Onu dəstəkləyən dindar qadınların sədaqətini kəşf edin.

Sevinc
Filipililərdən xristian şadlığı düsturunu açın. Məsihə etimadla yaşamağı, Onu ucaltmağı və həyatın…

Həvəsləndirmə
İsanın günah, xəstəlik, qeyri-müəyyənlik və rədd edilmə kimi ümumi həyat çətinliklərinin öhdəsindən gəlmək…

İsa Məsih
İsa Məsihin fırtınaları sakitləşdirmək, sağaltmaq və ölüləri diriltmək kimi böyük əməllərini və hərəkətlərini…