İsa ona cavab verdi: «Hələlik buna razı ol. Çünki biz salehlik işini beləcə yerinə yetirməliyik». Onda Yəhya razı oldu.
Matta 3:15
Gündəlik İşıq
İsa ona cavab verdi: «Hələlik buna razı ol. Çünki biz salehlik işini beləcə yerinə yetirməliyik». Onda Yəhya razı oldu.
Matta 3:15
Ey Allahım, Sənin iradəni yerinə yetirmək Mənə zövq verir, Qanunun qəlbimdədir».
Zəbur 40:8
Sanmayın ki, Mən Qanun və Peyğəmbərlərin sözlərini ləğv etmək üçün gəldim. Mən onları ləğv etmək üçün yox, yerinə yetirmək üçün gəldim. Sizə doğrusunu deyirəm: göy və yer keçib getmədən, hər şey icra olmadan Qanundan ən kiçik bir hərf və ya bir nöqtə belə, yox olmayacaq.
Matta 5:17–18
Rəbb Öz salehliyi naminə Qanununu ucaldıb izzətləndirməkdən xoşlandı.
Yeşaya 42:21
Sizə bunu deyirəm: əgər sizin salehliyiniz ilahiyyatçılarla fariseylərin salehliyindən artıq olmasa, Səmavi Padşahlığa əsla girə bilməzsiniz.
Matta 5:20
Beləcə cismani təbiət üzündən gücsüz olan Qanunun edə bilmədiyini Allah etdi: Öz Oğlunu günahlı cismin bənzərində günah qurbanı olaraq göndərib günahı Onun cismi ilə məhkum etdi ki, Qanunun ədalətli tələbləri artıq cismani təbiətə görə yox, Ruha görə həyat sürən bizlərdə yerinə yetsin.
Romalilara 8:3–4
Məsih Qanunun sonu olub ki, iman gətirən hər kəs saleh sayılsın.
Romalilara 10:4
Rəbb Haruna dedi: «Onların torpağında sənin irsin olmayacaq və onlar arasında heç bir payın olmayacaq. İsrail övladları arasında sənin payın və irsin Mənəm.
Saylar 18:20
Göylərdə Səndən başqa kimim var? Yer üzündə də Səndən başqa heç nə istəmirəm. Cismim və ürəyim taqətdən düşsə belə, Daim, ey Allah, qəlbimin qüvvəti, nəsibimsən.
Zəbur 73:25–26
Ya Rəbb, mənim qismətimsən, kasama düşən paysan, Püşkümə düşən Səndən asılıdır. Qismətimə gözəl yerlər düşdü, Bəli, mənə nemət nəsib oldu.
Zəbur 16:5–6
Öz-özümə deyirəm: «Rəbb mənim nəsibimdir», Ona görə Rəbbə ümid bəsləyirəm.
Mərsi̇yələr 3:24
Əbədilik Sənin göstərişlərinə malikəm, Çünki onlar qəlbimə sevinc verir.
Zəbur 119:111
Ey Allah, mənim Allahım Sənsən, Sənin üçün yaman qəribsəmişəm. Quraq, cansıxıcı, susuz bir diyarda Sənsiz könlüm susuzdur. Bütün varlığımla həsrətini çəkirəm.
Zəbur 63:1
Sən mənə kömək oldun, Qanadlarının kölgəsində Sənə mədh oxuyacağam.
Zəbur 63:7
Sevgilim mənimdir, mən də onunam, O, sürüsünü zanbaqlıq içərisində otarır.
Nəğmələr Nəğməsi̇ 2:16
Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).
Son günlər
Hamısına bax13 fev 2026
12 fev 2026
11 fev 2026
10 fev 2026
9 fev 2026
8 fev 2026
7 fev 2026

Qurtuluş
İsa tarixdəki ən radikal missiya üçün könüllü oldu – bəşəriyyətin xilası üçün həyatını qurban vermək üçün…
Əzab
Bu məqalə «Məsihin Ehtirası» filminin Bibliya dəqiqliyini qiymətləndirir, Məsihin əzablarının təsvirini…
Məsihçi həyatı
Allah dini qurbanlardan daha çox itaətkar bir ürək arzulayır. Motivlərimizin niyə vacib olduğunu öyrənmək…

Məsih
İsa Məsihin doğulması, ölümü, dirilməsi və Rəbbin Məsihisi kimi əbədi hökmranlığını peyğəmbərlik edən 15…

Şagirdlik
Via Dolorosa sadəcə Qüdsdəki fiziki bir yol deyil. İsanın getdiyi kimi getməyi, gündəlik özünü inkar və…
Məsihin Ölümü
İsanın ölümünün iman edənlər üçün cənnəti necə açdığını, Allaha birbaşa çıxışı və Müqəddəs Ruhun rəhbərliyini…