Lakin İbrahim dedi: “Oğlum, yadına sal ki, sən öz həyatında yaxşı şeyləri, Lazar isə pis şeyləri almışdır. İndi isə o, təsəlli tapır, amma sən əzab çəkirsən.
Luka 16:25
Gündəlik İşıq
Lakin İbrahim dedi: “Oğlum, yadına sal ki, sən öz həyatında yaxşı şeyləri, Lazar isə pis şeyləri almışdır. İndi isə o, təsəlli tapır, amma sən əzab çəkirsən.
Luka 16:25
Günəşin batmayacaq, ayın gizlənməyəcək, Çünki Rəbb əbədi nurun olacaq, Sənin yaslı günlərin qurtaracaq.
Yeşaya 60:20
Ölümü əbədi olaraq yox edəcək, Xudavənd Rəbb bütün adamların üzündən göz yaşlarını siləcək, Bütün yer üzündən xalqının rüsvayçılığını götürəcək. Çünki Rəbb belə söylədi.
Yeşaya 25:8
Ona dedim: «Ağa, bunu sən bilərsən». O mənə dedi: «Bunlar böyük əziyyətdən keçib gələnlərdir. Onlar öz xalatlarını yuyub Quzunun qanı ilə ağartdılar. Buna görə də Onlar Allahın taxtının önündədir, Gecə-gündüz məbədində Ona ibadət edirlər. Taxtda Oturan da Onların üzərində məskən salacaq. Onlar bir daha nə ac, Nə də susuz qalacaq, Günəş və qızmar isti Onları vurmayacaq. Çünki taxtın ortasında olan Quzu Onların Çobanı olacaq, Onları həyat suyunun qaynaqlarına aparacaq, Allah onların bütün göz yaşlarını siləcək».
Vəhy 7:14–17
Allah onların bütün göz yaşlarını siləcək. Artıq ölüm olmayacaq. Yas, nalə və ağrı bir daha olmayacaq. Çünki əvvəlki şeylər keçib getdi».
Vəhy 21:4
Nə qədər ki gündüzdür, Məni Göndərənin işlərini görməliyik. Tezliklə gecə gəlir, o zaman heç kim işləyə bilməz.
Yəhya 9:4
Onda göydən belə deyən bir səs eşitdim: «Yaz: bundan sonra Rəbdə ölənlər nə bəxtiyardır!» Ruh deyir: «Bəli, onlar zəhmətlərindən ayrılıb rahatlıq tapacaqlar, çünki əməllərinin nəticəsi onların ardınca gedir».
Vəhy 14:13
Orada pis adamlar belə, kini atır, Yorğunlar rahatlıq tapır,
Əyyub 3:17
Şamuel Şaula dedi: «Məni çıxararaq niyə narahat etdin?» Şaul dedi: «Çox dara düşmüşəm, çünki Filiştlilər mənə qarşı müharibə edirlər. Artıq Allah da məndən üz döndərib, daha mənə peyğəmbərlər, yuxular vasitəsilə cavab vermir. Ona görə də səni çağırdım ki, nə etməliyəmsə, onu mənə bildirəsən».
Bi̇ri̇nci̇ Şamuel 28:15
Çalışmaq üçün nə bacarırsan, var gücünlə et. Çünki gedəcəyin ölülər diyarında nə iş, nə fikir, nə bilik, nə də hikmət var.
Vai̇z 9:10
Ölənlər, sükut diyarına düşənlər Rəbbə həmd etmirlər.
Zəbur 115:17
Çünki qanım artıq içmə təqdimi kimi tökülmək üzrədir. Artıq ayrılma zamanım gəldi. Mən yaxşı mübarizə aparmışam, yolumu sona çatdırdım, imanı saxladım. İndi salehlik tacı mənim üçün hazır durur. Ədalətli Hakim olan Rəbb qiyamət günü onu mənə – yalnız mənə deyil, Onun zühuruna can atanların hamısına verəcək.
2 Ti̇moteyə 4:6–8
Beləcə Allahın xalqı üçün hələ də bir istirahət qalır. Allah Öz işlərini qurtarıb Şənbə günü istirahət etdiyi kimi Onun rahatlıq diyarına girən də öz işlərini qurtarıb istirahət etdi.
İbrani̇lərə 4:9–10
Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).
Son günlər
Hamısına bax8 fev 2026
7 fev 2026
6 fev 2026
5 fev 2026
4 fev 2026
3 fev 2026
2 fev 2026

Cənnət
Bir xristian öldükdə, Rəbblə birlikdədir, cadugər həkimlərin əli çatmaz. Endor cadugəri hekayəsi Allahın…

Allahın Suverenliyi
Allah yaxşı ilə pisin biliyi ağacını itaət sınağı kimi açıq şəkildə yerləşdirdi, səhv deyil.
Ümid
Xristian ümidinin ölümcül xəstəliklə üzləşərkən belə təhlükəsizlik, güc və sevinc təmin etdiyini araşdırın.

Allahın Krallığı
Allahın Padşahlığının indiki və gələcək vəziyyətini anlayın. Xristianların zəvvar kimi yaşamağa, gündəlik…
Cənnət
Müqəddəs Kitabın cəhənnəm, onun təbiəti və cənnətlə necə ziddiyyət təşkil etdiyi barədə nə dediyini…
Şəfa
İsanın möcüzəvi şəfaları ilə müasir ilahi şəfa iddiaları arasındakı fərqləri araşdırın, onların məqsədlərini…