İndi isə, ey Yaqub, ey İsrail, səni yaradan, Sənə həyat verən Rəbb belə deyir: «Qorxma, çünki Mən səni satın aldım, Səni adınla çağırdım, sən Mənimsən.
Yeşaya 43:1
Gündəlik İşıq
İndi isə, ey Yaqub, ey İsrail, səni yaradan, Sənə həyat verən Rəbb belə deyir: «Qorxma, çünki Mən səni satın aldım, Səni adınla çağırdım, sən Mənimsən.
Yeşaya 43:1
Qorxma, çünki utanmayacaqsan, Ruhdan düşmə, çünki rüsvay olmayacaqsan. Cavanlığın xəcalətini unudacaqsan, Bir daha dulluğun rüsvayçılığını Yadına salmazsan». Çünki sənin ərin səni Yaradandır, Onun adı Ordular Rəbbidir. Səni Satınalan İsrailin Müqəddəsidir, O bütün dünyanın Allahı adlanır.
Yeşaya 54:4–5
Üsyankarlığını bulud kimi dağıtdım, Günahlarını duman kimi sildim, Mənə tərəf dön, Çünki Mən səni satın aldım».
Yeşaya 44:22
qüsursuz və ləkəsiz quzuya bənzəyən Məsihin qiymətli qanı bahasına satın alınmısınız.
1 Peter 1:19
Amma onların Satınalanı güclüdür, Onun adı Ordular Rəbbidir. Rəbb mütləq onların işinə baxacaq ki, Ölkəyə rahatlıq versin, Amma Babil sakinlərinə təşviş gətirsin».
Yeremya 50:34
Onları Mənə verən Atam hamıdan böyükdür. Onları heç kim Atanın əlindən qapa bilməz.
Yəhya 10:29
Atamız Allahdan və Rəbb İsa Məsihdən sizə lütf və sülh olsun! Atamız Allahın iradəsinə görə Məsih günahlarımız üçün Özünü fəda etdi ki, bizi indiki şər dövründən qurtarsın. Allaha əbədi izzət olsun! Amin.
Qalati̇yalilara 1:3–5
Rəbbin lütfkar işlərindən, Həmdlərə layiq əməllərindən nəql edəcəyəm. Böyük mərhəməti və məhəbbəti naminə, İsrail nəslinə etdiyi böyük xeyirxahlığına görə, Rəbbin bizə etdiyi bütün işlərinə görə Onu xatırlayacağam.
Yeşaya 63:7
O məni çamırlı quyudan, Lilli bataqlıqdan çıxartdı. Ayağımı qaya üzərində bərkitdi, Hər addımımı möhkəm etdi.
Zəbur 40:2
Məsihlə birlikdə çarmıxa çəkildim. Artıq mən yaşamıram, Məsih məndə yaşayır. İndi cismən yaşadığım həyata gəlincə məni sevib uğrumda Özünü fəda edən Allahın Oğluna olan imanla yaşayıram.
Qalati̇yalilara 2:20
O Öz Oğlunu belə, əsirgəməyib Onu hamımızın uğrunda ölümə təslim etdisə, Onunla birgə bütün şeyləri də bizə lütf etməyəcəkmi?
Romalilara 8:32
Lakin Allah bizə olan məhəbbətini bununla sübut edir ki, biz hələ günahkar ola-ola Məsih bizim uğrumuzda öldü.
Romalilara 5:8
O bizi möhürlədi və Ruhunu qəlbimizdə girov qoydu.
2 Kori̇nfli̇lərə 1:22
Müqəddəs Ruh Allaha məxsus olanların satın alınmasından ötrü irsimiz üçün qoyulan girovdur. Belə ki Allahın izzətini mədh edək.
Efesli̇lərə 1:14
Lakin mərhəməti bol olan Allah bizi böyük məhəbbətlə sevdiyi üçün təqsirlərimiz üzündən ölü olduğumuz halda bizə Məsihlə birlikdə həyat verdi. Onun lütfü ilə xilas oldunuz. Allah bizi Məsih İsada, Onunla birlikdə dirildib səmada oturtdu.
Efesli̇lərə 2:4–6
Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).
Son günlər
Hamısına bax8 apr 2026
7 apr 2026
6 apr 2026
5 apr 2026
4 apr 2026
3 apr 2026
2 apr 2026

Müqəddəs Ruh
Müqəddəs Ruhun məshini, onun ayırd etmə məqsədini və Ruhla vəftizdən necə fərqləndiyini araşdırın. Onun…
Ata Allah
Müqəddəs Kitabın Ata Allah haqqında nə öyrətdiyini kəşf edin, İsanın Onu açmasından imanlıların Məsih…

Gələcək
Həvari Pavelin 2 Korinflilərə 5-də ölüm, dirilmə və imanlının izzətdəki gələcəyi haqqında təlimlərini…

Əbədi Təhlükəsizlik
İsa Məsihə iman edənlər üçün əbədi təhlükəsizliyin Müqəddəs Kitab zəmanətini kəşf edin. Xilasın bir dəfə…

İsa Məsih
Dörd güclü Yeni Əhd fəsli Məsihin Tanrının Oğlu olaraq tam, yaradıcı ilahiyyətinə şahidlik edir. Bu fəsillər…

Əsaslandırma
İncil “İnsan Allah qarşısında necə saleh ola bilər?” sualına cavab verir. Salehləşdirmə anlayışı günahkar…