Ey övladlar, özünüzü bütlərdən qoruyun!
1 Yəhya 5:21
Gündəlik İşıq
Ey övladlar, özünüzü bütlərdən qoruyun!
1 Yəhya 5:21
Ona görə «aralarından çıxıb ayrılın» Rəbb belə deyir, «Murdar şeylərə toxunmayın»; «Mən də sizi qəbul edəcəyəm». «Mən sizə Ata olacağam, Siz də Mənə oğullar və qızlar olacaqsınız» Külli-İxtiyar Rəbb belə deyir.
2 Kori̇nfli̇lərə 6:17–18
Heç kim iki ağaya qulluq edə bilməz. Çünki ya birinə nifrət edib o birisini sevəcək ya da birinə bağlı qalıb o birisinə xor baxacaq. Siz həm Allaha, həm də sərvətə qulluq edə bilməzsiniz.
Matta 6:24
Başqa allahlara səcdə etməyin, çünki Rəbbin adı qısqancdır, O, həqiqətən, qısqanc Allahdır.
Çixiş 34:14
Sən də, oğlum Süleyman, atanın Allahını tanı, səmimi qəlbdən və həvəslə Ona qulluq et, çünki Rəbb bütün ürəkləri sınayır və ağılların bütün istəklərini bilir. Əgər Onu axtarsan, sən Onu tapacaqsan. Əgər Onu tərk etsən, O da səni əbədi olaraq atacaq.
Bi̇ri̇nci̇ Salnamələr 28:9
Sənsə ürəkdə düzlüyün olmasını istəyirsən, Mənə daxilən hikmət öyrət.
Zəbur 51:6
Lakin Rəbb Şamuelə belə dedi: «Onun görünüşünə və uca boyuna baxma, Mən onu rədd etmişəm. Ona görə ki Rəbb insanın gördüyü kimi görməz, çünki insan zahirə, Rəbb isə ürəyə baxar».
Bi̇ri̇nci̇ Şamuel 16:7
Ey sevimlilər, əgər ürəyimiz bizi məhkum etmirsə, demək, Allahın hüzurunda cəsarətlə danışa bilərik
1 Yəhya 3:21
Sizə bunu deyirəm: tezliklə onların haqqını qoruyacaq. Bəs Bəşər Oğlu gələndə yer üzündə iman tapacaqmı?»
Luka 18:8
Öz diyarına gəldi, amma soydaşları Onu qəbul etmədi.
Yəhya 1:11
Ruh aydın şəkildə deyir ki, gələcəkdə bəziləri imandan dönəcək, aldadıcı ruhlara və cinlərin təlimlərinə qulaq asacaqlar.
1 Ti̇moteyə 4:1
Allahın kəlamını vəz edəsən, hansı vaxt olursa-olsun hazır olasan, insanlara tam səbirlə təlim öyrədərək məzəmmət, xəbərdarlıq və nəsihət verəsən. Çünki elə bir zaman gələcək ki, sağlam təlimə dözməyəcəklər. Qulaq oxşayan sözlər eşitmək üçün ətraflarına öz ehtiraslarına uyğun müəllimlər toplayacaqlar. Qulaqlarını həqiqətdən döndərəcək, əfsanələrə meyl göstərəcəklər.
2 Ti̇moteyə 4:2–4
Lakin o günü və o saatı nə səmadakı mələklər, nə də Oğul bilir. Atadan başqa heç kim bilmir. Ehtiyatlı olun, oyaq olun. Çünki bilmirsiniz ki, o an nə vaxt gələcək.
Mark 13:32–33
Nə bəxtiyardır o qullar ki, ağa qayıdanda onları oyaq görür! Sizə doğrusunu deyirəm: o özü qurşaqlanıb qullarını süfrəyə oturdacaq və gəlib onlara xidmət edəcək.
Luka 12:37
Bu ərəfədə bəxtiyarlıq gətirən ümidimizin gerçəkləşməsini, ulu Allah və Xilaskarımız İsa Məsihin izzətinin zühurunu gözləyək.
Ti̇tə 2:13
Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).
Son günlər
Hamısına bax1 apr 2026
31 mar 2026
30 mar 2026
29 mar 2026
28 mar 2026
27 mar 2026
26 mar 2026

İsa Məsih
Dörd güclü Yeni Əhd fəsli Məsihin Tanrının Oğlu olaraq tam, yaradıcı ilahiyyətinə şahidlik edir. Bu fəsillər…

İsa Məsih
Düşərgə səyahətində sandığı qorumalıdır. Biz Məsihin ilahiliyi və şəxsiyyəti haqqında həqiqəti yalnız öz…

İman
Allah ürəklərimizi görür, insanlar isə zahiri görünüşə görə mühakimə edirlər. Həqiqi iman və Allaha sədaqət…

Allahı tanımaq
Allah biliyində böyüməyin dərin əhəmiyyətini kəşf edin. Onun Kəlamı və şəxsi təcrübə vasitəsilə anlayışınızı…

Əbədi Təhlükəsizlik
İsa Məsihə iman edənlər üçün əbədi təhlükəsizliyin Müqəddəs Kitab zəmanətini kəşf edin. Xilasın bir dəfə…

Ruhani İnkişaf
1 Yəhya 2:12-14-də təsvir olunan xristian inkişafının üç mərhələsini – uşaqlıq, gənclik və yetkinlik –…