Şər adam saxta mükafat qazanar, Salehlik toxumu əkən, həqiqətən, onun əvəzini alar.
Süleymanin Məsəlləri̇ 11:18
Gündəlik İşıq
Şər adam saxta mükafat qazanar, Salehlik toxumu əkən, həqiqətən, onun əvəzini alar.
Süleymanin Məsəlləri̇ 11:18
Uzun zamandan sonra həmin qulların ağası gəldi və onlardan hesabat tələb etdi. Beş talant alan gəlib daha beş talant gətirərək dedi: “Ağa, sən mənə beş talant əmanət etdin. Budur, mən daha beş talant qazandım”. Ağası ona dedi: “Afərin, yaxşı və sadiq qulum! Sən xırda işlərdə sadiq oldun, səni böyük işlər üzərinə qoyacağam. Ağanın sevincinə şərik ol!”
Matta 25:19–21
Mən yaxşı mübarizə aparmışam, yolumu sona çatdırdım, imanı saxladım. İndi salehlik tacı mənim üçün hazır durur. Ədalətli Hakim olan Rəbb qiyamət günü onu mənə – yalnız mənə deyil, Onun zühuruna can atanların hamısına verəcək.
2 Ti̇moteyə 4:7–8
Tezliklə gəlirəm. Nəyin varsa, ona bağlı qal ki, heç kəs tacını götürməsin.
Vəhy 3:11
Siz insanın qarşılaşdığı sınaqdan başqa bir sınaqla qarşılaşmadınız. Allah sadiqdir və O sizi gücünüzdən artıq sınağa çəkilməyə qoymaz. Sınaqla yanaşı bu vəziyyətdən çıxış yolu ilə də təmin edəcək ki, tab gətirə biləsiniz.
1 Kori̇nfli̇lərə 10:13
Allah insan deyil ki, Yalan söyləsin, Bəşər oğlu deyil ki, Fikrini dəyişdirsin. Dediyini həyata keçirməzmi? Verdiyi sözü yerinə yetirməzmi?
Saylar 23:19
Lakin İsa Ona «Rəbb and içdi, qərarını dəyişməz: “Sən əbədi bir Kahinsən”» deyən Allah vasitəsilə andla kahin oldu.
İbrani̇lərə 7:21
Eləcə də Allah vədin varislərinə iradəsinin dəyişməzliyini daha açıq-aşkar etmək istəyərək Öz vədini andla təsdiqlədi. Belə ki qarşımıza qoyulan ümidə bağlanmaq üçün Allaha sığınan bizlər Allahın bunlarda yalan danışması qeyri-mümkün olduğuna görə iki dəyişilməz şeydə – Onun vəd və andında böyük təsəlliyə malik olaq.
İbrani̇lərə 6:17–18
Bunun üçün qoy Allahın iradəsinə görə əzab çəkənlər yaxşılıq edərək həyatlarını sadiq olan Yaradana həvalə etsinlər.
1 Peter 4:19
Bu əzabları çəkməyimin səbəbi də budur. Amma bundan utanmıram, çünki Kimə iman etdiyimi bilirəm və əminəm ki, mənə verdiyi əmanəti qiyamət gününə qədər saxlamağa qadirdir.
2 Ti̇moteyə 1:12
Sizi çağıran Allah sadiqdir və bunu edəcək.
1 Saloni̇kli̇lərə 5:24
Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).
Son günlər
Hamısına bax26 mar 2026
25 mar 2026
24 mar 2026
23 mar 2026
22 mar 2026
21 mar 2026
20 mar 2026

Yeni İmanlılar
Yeni iman edənlər, Xristian həyatınız üçün əsas bələdçilik tapın. Əbədi həyat, imanı bölüşmək, dua, Müqəddəs…

İlahi Mühakimə
Yeremyanın həyatını araşdırın, böyük müxalifətə və əzablara baxmayaraq, Allahın Kəlamı ilə dəstəklənərək…

Təsəlli
Hazırkı çətinliklər içində xristianlar Allahın sarsılmaz qayğısında və Onun yaxın gəlişi vədində təsəlli tapa…

Ruhani Müharibə
Eşitdiklərinizi Müqəddəs Kitabın həqiqəti ilə uyğunlaşdıraraq Allahın səsini şeytanın yalanlarından necə…

Allahın Sədaqəti
İnsanlar olaraq, Onu bəşəriyyət haqqında anladığımızla ölçmək və ya Ona baxmaq riskindəyik. Lakin O, qat-qat…

Allahın sifətləri
Allahın müqəddəsliyinin mahiyyətini, iman edənin Məsihdəki mövqeyi müqəddəsliyini və müqəddəsləşmə yolu ilə…