İbram Rəbbə iman etdi və Rəbb bunu ona salehlik saydı.
Yaradiliş 15:6
Gündəlik İşıq
İbram Rəbbə iman etdi və Rəbb bunu ona salehlik saydı.
Yaradiliş 15:6
Allahın vədinə imansızlıqla şübhə etmədi, əksinə, imanında möhkəm durub Allahı izzətləndirdi. Tamamilə əmin idi ki, Allah verdiyi vədi yerinə yetirməyə də qadirdir. Buna görə də imanı ona salehlik sayıldı. «Salehlik sayıldı» sözləri yalnız İbrahim üçün yazılmayıb; Rəbbimiz İsanı ölülər arasından Dirildənə iman etməklə saleh sayılacaq bizlər üçün də belə yazılmışdır.
Romalilara 4:20–24
Çünki İbrahimə və onun nəslinə dünyanı irs almaq vədi Qanun vasitəsilə deyil, imanla saleh sayılmaq vasitəsilə verildi.
Romalilara 4:13
Müjdədə Allahın salehliyi aşkar olur və bu salehlik tamamilə imanla əldə edilir. Necə ki yazılıb: «Saleh adam imanla yaşayacaq».
Romalilara 1:17
Ümid verən əqidədən möhkəm tutaq, çünki vəd verən Allah sadiqdir.
İbrani̇lərə 10:23
Allahımız göylərdədir, Öz istədiyini edir.
Zəbur 115:3
Çünki Allah üçün mümkün olmayan şey yoxdur».
Luka 1:37
Rəbbin ona dediyi sözlərin yerinə yetəcəyinə inanan qadın nə bəxtiyardır!».
Luka 1:45
Sizə öyüd verdik, ruhlandırdıq və yalvardıq ki, Öz Padşahlığına və izzətinə çağıran Allaha layiq şəkildə həyat sürəsiniz.
1 Saloni̇kli̇lərə 2:12
İsa cavab verdi: «Mənim Padşahlığım bu dünyadan deyil. Əgər Mənim Padşahlığım bu dünyadan olsaydı, xidmətçilərim Yəhudi başçılarına təslim edilməməyim üçün döyüşərdi, amma indi Mənim Padşahlığım buradan deyil».
Yəhya 18:36
O vaxtdan bəri O, düşmənlərinin Onun ayaqları altına kətil kimi salınmasını gözləyir.
İbrani̇lərə 10:13
Yeddinci mələk şeypurunu çaldı. Göydə belə deyən uca səslər eşidildi: «Rəbbimiz və Onun Məsihi Dünya üzərində Padşahlığa sahib oldu! O əbədi olaraq padşahlıq edəcək!»
Vəhy 11:15
Onları Allahımızla birgə Padşahlığa və kahinliyə şərik etdin; Onlar da yer üzünə padşahlıq edəcək».
Vəhy 5:10
Taxtları və onların üzərində oturanları da gördüm. Onlara hökm etmək ixtiyarı verildi. İsa barədə şəhadət və Allahın kəlamı uğrunda boynu vurulmuş canları da gördüm. Vəhşi heyvana və onun surətinə səcdə etməyib alınlarına və əllərinə damğanı qəbul etməmişdilər. Onlar dirilib Məsihlə birgə min il padşahlıq etdi.
Vəhy 20:4
O zaman salehlər özlərinin Atasının Padşahlığında günəş kimi parlayacaqlar. Qulağı olan eşitsin!
Matta 13:43
Qorxma, ey kiçik sürü! Çünki Atanız Padşahlığı sizə verməyi münasib gördü.
Luka 12:32
Atam Mənə bir padşahlıq tapşırdığı kimi Mən də sizə bir padşahlıq tapşırıram; belə ki Mənim Padşahlığımda süfrəmdə yeyib-içəsiniz və İsrailin on iki qəbiləsinə hökm etmək üçün taxtlarda oturasınız.
Luka 22:29–30
Padşahlığın gəlsin, Göydə olduğu kimi Yerdə də Sənin iradən olsun.
Matta 6:10
Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).
Son günlər
Hamısına bax23 mar 2026
22 mar 2026
21 mar 2026
20 mar 2026
19 mar 2026
18 mar 2026
17 mar 2026

Allahın Krallığı
Allahın Krallığının yer üzü səltənətlərindən fərqli təbiətini, onun ruhani reallığını və möminlərin indi onun…

Allahın Krallığı
Pavel Rəbbi və Ağasının əzəmətini və şanlı böyüklüyünü elan etmək cəsarətinə malik idi. Dünya eyni mübarək…

Ruhani Müharibə
Müqəddəs Kitab istinadları vasitəsilə xristianın düşməni Şeytan haqqında öyrənin. Onun adlarını…

Allahın Krallığı
Allahın Padşahlığının indiki və gələcək vəziyyətini anlayın. Xristianların zəvvar kimi yaşamağa, gündəlik…

İbadət
Məzmur 19-da Allahdan iki güclü mesajı kəşf edin, yaradılış vasitəsilə Onun böyük qüdrətini və Kəlamı…

Qurtuluş
İsa tarixdəki ən radikal missiya üçün könüllü oldu – bəşəriyyətin xilası üçün həyatını qurban vermək üçün…