Allah hər birinizi pis əməllərinizdən döndərmək və xeyir-dua vermək üçün Öz Qulunu dirildərək əvvəlcə sizin yanınıza göndərdi».
Həvari̇ləri̇n İşləri̇ 3:26
Gündəlik İşıq
Allah hər birinizi pis əməllərinizdən döndərmək və xeyir-dua vermək üçün Öz Qulunu dirildərək əvvəlcə sizin yanınıza göndərdi».
Həvari̇ləri̇n İşləri̇ 3:26
Rəbbimiz İsa Məsihin Allahına – Atasına alqış olsun! O Öz böyük mərhəmətinə görə yenidən doğulmamızı təmin etdi. İsa Məsihin ölülər arasından dirilməsi ilə bizi canlı ümidə,
1 Peter 1:3
Əgər biz Allahın düşməni olduğumuz vaxt Onun Oğlunun ölməsi ilə Allahla barışdıqsa, barışdıqdan sonra Onun həyatı vasitəsilə daha qəti olaraq xilas olacağıq.
Romalilara 5:10
Bu ərəfədə bəxtiyarlıq gətirən ümidimizin gerçəkləşməsini, ulu Allah və Xilaskarımız İsa Məsihin izzətinin zühurunu gözləyək. O Özünü bizim üçün fəda etdi ki, bizi hər cür qanunsuzluqdan satın alsın, təmizləyib Özünə məxsus və yaxşı işlərə səy göstərən bir xalq yaratsın.
Ti̇tə 2:13–14
Amma sizi çağıran Allah müqəddəs olduğuna uyğun olaraq siz də bütün həyat tərzinizdə müqəddəs olun, necə ki yazılıb: «Müqəddəs olun, çünki Mən müqəddəsəm».
1 Peter 1:15–16
Bizə Məsihdə səmadakı hər cür ruhani nemətlə xeyir-dua verən Allaha – Rəbbimiz İsa Məsihin Atasına alqış olsun!
Efesli̇lərə 1:3
Çünki Allahın tam bütövlüyü bədəncə Məsihdə yaşayır. Siz də Onda tamamlanmısınız. O hər başçının və hakimin Başıdır.
Kolosseli̇lərə 2:9–10
Hamımız Onun bütövlüyündən lütf üstünə lütf aldıq.
Yəhya 1:16
O Öz Oğlunu belə, əsirgəməyib Onu hamımızın uğrunda ölümə təslim etdisə, Onunla birgə bütün şeyləri də bizə lütf etməyəcəkmi?
Romalilara 8:32
Kədərdən canım üzülüb, Öz sözünə görə mənə güc ver.
Zəbur 119:28
Sən quluna verdiyin sözü xatırla, Bu sözünlə mənə ümid vermisən.
Zəbur 119:49
Qaranquş kimi, durna kimi çığırdım, Mən göyərçin tək inləyirəm. Göyə baxmaqdan gözlərim yoruldu. Ya Xudavənd, imdadıma çat, zülmə düşmüşəm!
Yeşaya 38:14
Yer və göy keçib-gedəcək, amma Mənim sözlərim əsla keçib-getməyəcək.
Luka 21:33
Budur, bu gün mən də hamı kimi dünyadan köçəcəyəm. Bütün qəlbinizlə və varlığınızla bilirsiniz ki, Allahınız Rəbbin haqqınızda dediyi bütün yaxşı şeylərdən heç biri boşa çıxmadı. Hamısı sizin üçün yerinə yetdi. Onun sözlərindən heç biri boşa çıxmadı.
Yeşua 23:14
O dedi: «Ey Allahın sevimlisi, qorxma, sənə sülh olsun, möhkəm ol, möhkəm ol!» O mənimlə danışanda mən qüvvət tapıb dedim: «Ey ağam, danış, çünki sən mənə güc verdin».
Dani̇el 10:19
Rəbb deyir: “İndi isə, ey Zerubbabil, qüvvətlən! Qüvvətlən, ey baş kahin olan Yehosadaq oğlu Yeşua! Ey bütün ölkə xalqı, qüvvətlənin və işləyin! Çünki Mən sizinləyəm”. Ordular Rəbbi belə bəyan edir:
Haqqay 2:4
O mənə cavab verdi: «Zerubbabilə Rəbbin sözü budur: “Güclə, qüdrətlə yox, yalnız Mənim Ruhumla iş görəcəksən” Deyir Ordular Rəbbi.
Zəkəri̇yyə 4:6
Nəhayət, Rəbdə və Onun böyük qüvvəsində möhkəmlənin.
Efesli̇lərə 6:10
Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).
Son günlər
Hamısına bax18 mar 2026
17 mar 2026
16 mar 2026
15 mar 2026
14 mar 2026
13 mar 2026
12 mar 2026
Ruhani Müharibə
Vəhy 12:11-i və Quzunun qanının Şeytanın ittihamlarını necə məğlub etdiyini anlayın. Məsihin qurbanı…
Əbədilik
Əbədilik anlayışını Allahla, Məsihin təcəssümü ilə, itirilənlərin və xilas olanların əbədi taleləri ilə…

Ailə
Ataların çoxşaxəli rollarını araşdırın: Allahdan səmavi Atamız kimi, ailələrdəki yer üzü atalarına və…
Müdriklik
Padşah Süleymanın hökmranlığının bibliya hekayəsini, müdrik başlanğıcından itaətsizlik və bütpərəstlik…
Əzab
Bu məqalə «Məsihin Ehtirası» filminin Bibliya dəqiqliyini qiymətləndirir, Məsihin əzablarının təsvirini…
Əbədilik
Zaman və əbədilik arasındakı dərin fərqləri, Allahın əbədi hədiyyələrini və möminlər üçün praktiki…