oğurluq etməsinlər, amma hər baxımdan etibarlı olduqlarını göstərsinlər. Beləliklə, Xilaskarımız Allahın təlimini hər cəhətdən cazibəli etsinlər.
Ti̇tə 2:10
Gündəlik İşıq
oğurluq etməsinlər, amma hər baxımdan etibarlı olduqlarını göstərsinlər. Beləliklə, Xilaskarımız Allahın təlimini hər cəhətdən cazibəli etsinlər.
Ti̇tə 2:10
Lakin həyat tərziniz Məsihin Müjdəsinə layiq olsun. Gəlib sizi görsəm də, gəlməyib haqqınızda eşitsəm də, bilim ki, siz bir ruhda möhkəm dayanıb Müjdəyə əsaslanan imanda canbir olaraq səy göstərirsiniz
Fi̇li̇pi̇li̇lərə 1:27
Hər cür şərdən uzaq durun.
1 Saloni̇kli̇lərə 5:22
nöqsansız və saf olaraq bu əyri və azmış nəsil arasında Allahın ləkəsiz övladları olasınız. Onların arasında dünyanın nuru kimi parlayın.
Fi̇li̇pi̇li̇lərə 2:15
Eləcə də sizin nurunuz insanların qarşısında elə parlasın ki, onlar xeyirxah işlərinizi görüb göylərdə olan Atanızı izzətləndirsinlər.
Matta 5:16
Qoy səni xeyirxahlıq və sədaqət tərk etməsin, Onları boynuna bağla, ürəyinin lövhəsinə yaz. Onda Allahın və insanların gözündə Lütf tapıb şərəfə çatarsan.
Süleymanin Məsəlləri̇ 3:3–4
Nəhayət, qardaşlar, doğru, ləyaqətli, saleh, pak, cazibəli, etibarlı nə varsa, əgər əla və tərifə layiq nə varsa, bunları düşünün.
Fi̇li̇pi̇li̇lərə 4:8
Həyat verən Ruhdur, cismani təbiətinsə heç faydası yoxdur. Sizə söylədiyim sözlər Ruh və həyat gətirir.
Yəhya 6:63
O Öz iradəsinə görə həqiqət kəlamı ilə doğulmağımıza səbəb oldu ki, biz Onun yaratdıqlarının bir növ nübarı olaq.
Yaqub 1:18
O bizi Yeni Əhdin xidmətçiləri olmaq üçün qabiliyyətli etdi. Bu Yeni Əhd yazılı Qanuna deyil, Ruha əsaslanır. Çünki yazılı Qanun öldürür, Ruh isə həyat verir.
2 Kori̇nfli̇lərə 3:6
Ey ərlər, Məsih imanlılar cəmiyyətini sevib onun uğrunda Özünü fəda etdiyi kimi siz də arvadlarınızı sevin. Məsih bunu ona görə etdi ki, cəmiyyəti su ilə yuyub kəlamla təmizləyərək təqdis etsin və beləcə onda ləkə, qırışıq yaxud başqa qüsur olmadan izzətli şəkildə, müqəddəs və nöqsansız olaraq Öz hüzuruna çıxarsın.
Efesli̇lərə 5:25–27
Bir cavan yolunu necə təmiz saxlaya bilər? – Sənin sözlərinə bağlı qalmaqla.
Zəbur 119:9
Əzab çəkəndə bundan təsəlli tapıram ki, Kəlamın məni həyata qaytaracaq.
Zəbur 119:50
Sənə qarşı günah etməyim deyə Kəlamını qəlbimdə qoruyub saxlamışam.
Zəbur 119:11
Qaydalarından zövq alıram, Sözünü unutmuram.
Zəbur 119:16
Məni təhqir edənlərə layiqincə cavab verəcəyəm, Çünki Sənin sözlərinə güvənirəm.
Zəbur 119:42
Ağzından çıxan qanun mənim üçün Minlərlə qızıldan, gümüşdən daha qiymətlidir.
Zəbur 119:72
Qayda-qanunlarını heç vaxt unutmaram, Çünki onlarla məni həyata qaytarmısan.
Zəbur 119:93
Vədlərin damağıma necə də ləzzət verir! Onlar dilimdə baldan şirindir. Qayda-qanunlarına görə dərrakəliyəm, Buna görə hər yanlış yola nifrət edirəm.
Zəbur 119:103–104
Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).
Son günlər
Hamısına bax13 mar 2026
12 mar 2026
11 mar 2026
10 mar 2026
9 mar 2026
8 mar 2026
7 mar 2026
Yevangelizm
Paulun Filippililərə məktubundan dərslər çıxararaq, İncildəki əsas tərəfdaşlığı kəşf edin.

Lütf
Rut kitabı Allahın ehtiyacı olanlara çatan lütfünü təsvir edir və Məsih ilə Onun xalqı arasında inkişaf edən…

Müqəddəs Kitab Öyrənməsi
Müqəddəs Kitab Allahın sevgisini, Xilaskara ehtiyacınızı və İsa Məsih vasitəsilə əbədi həyat yolunu açır.
Xristian Birliyi
Məsihin tamamlanmış işinə əsaslanan xristian birliyinin inanmayan dünyaya necə güclü bir şahidlik etdiyini…

Qurtuluş
İsa tarixdəki ən radikal missiya üçün könüllü oldu – bəşəriyyətin xilası üçün həyatını qurban vermək üçün…

Şagirdlik
Pavelin yoldaşı Titusun həyatını araşdırın və erkən Kilsədə sadiq xidmət və liderliyi necə nümunə…