Çünki sənin ərin səni Yaradandır, Onun adı Ordular Rəbbidir. Səni Satınalan İsrailin Müqəddəsidir, O bütün dünyanın Allahı adlanır.
Yeşaya 54:5
Gündəlik İşıq
Çünki sənin ərin səni Yaradandır, Onun adı Ordular Rəbbidir. Səni Satınalan İsrailin Müqəddəsidir, O bütün dünyanın Allahı adlanır.
Yeşaya 54:5
Bu sirr böyükdür, mən bunun Məsihə və cəmiyyətə dəxli olduğunu söyləyirəm.
Efesli̇lərə 5:32
Artıq sənə «atılmış», Ölkənə «viranə qalmış» deməyəcəklər. Əvəzinə sənə «sevdiyim», Ölkənə isə «ərli» deyiləcək. Çünki Rəbb səni sevəcək, Ölkən də ərli sayılacaq. Bir gənc bakirə qızla evləndiyi kimi Səni Yaradan da səninlə evlənəcək. Bəy gəlindən zövq aldığı kimi Allahın da səndən zövq alacaq.
Yeşaya 62:4–5
Xudavənd Rəbbin Ruhu üzərimdədir, Çünki fəqirlərə müjdəni bildirmək üçün O məni məsh etdi. Qəlbi sınıq olanlar üçün, yaralarını sarımaq üçün, Əsirlərə azadlıq, Dustaqlara sərbəstlik elan etmək üçün, Rəbbin lütf ilini, Allahımızın qisas gününü bəyan etmək üçün, Yaslıların hamısına təsəlli vermək üçün, Sionda yas tutanları təmin etmək, Kül yerinə çələng, Yas yerinə sevinc gətirən məsh yağı, Kədərli ruh əvəzinə Həmd libasını bəxş etmək üçün Rəbb məni göndərdi. Rəbbin şöhrətini aşkar etmək üçün Onlara Rəbbin əkdiyi salehlik palıdları deyiləcək.
Yeşaya 61:1–3
Rəbdə böyük sevinc tapacağam, Allahımda ürəyim şadlıqdan coşacaq, Çünki çələnglə bəzənmiş bəy kimi, Bər-bəzək taxmış gəlin kimi Mənə qurtuluş paltarı geyindirdi, Salehlik libası ilə bürüdü.
Yeşaya 61:10
Səni əbədi olaraq Özümə nişanlayacağam, Salehlik, ədalət, məhəbbət və mərhəmətlə Səni özümə nişanlayacağam.
Huşə 2:19
Məsihin məhəbbətindən bizi kim ayıra bilər? Əziyyətmi, sıxıntımı, təqibmi, aclıqmı, çılpaqlıqmı, təhlükəmi, qılıncmı?
Romalilara 8:35
Mənim hər anım Sənin əlindədir, Düşmənlərimin, təqibçilərimin əlindən Məni azad et.
Zəbur 31:15
Ya Rəbb, həqiqətən, Sən xalqları sevirsən! Bütün müqəddəslər Sənin əlindədir! Onlar ayağına düşər, sözlərini dinlər.
Qanunun Təkrari 33:3
Ona Rəbbin bu sözü nazil oldu: «Buradan get və şərqə tərəf yollan, İordan çayının şərqində olan Kerit vadisində gizlən. Orada vadidən su içəcəksən, səni yedirməyi də qarğalara əmr etdim».
Bi̇ri̇nci̇ Padşahlar 17:2–4
İlyasa Rəbbin bu sözü nazil oldu: «Qalx Sidonun Sarfat şəhərinə get və orada qal. Orada bir dul qadına sənə yemək verməyi əmr etdim».
Bi̇ri̇nci̇ Padşahlar 17:8–9
Buna görə sizə deyirəm: “Nə yeyəcəyik?” və ya “Nə içəcəyik?” deyə canınız üçün, “Nə geyinəcəyik?” deyə bədəniniz üçün qayğı çəkməyin. Can yeməkdən, bədən isə geyinməkdən daha vacib deyilmi?
Matta 6:25
Çünki bütpərəstlər bütün bu şeyləri axtarırlar. Doğrudan da, Səmavi Atanız bütün bunlara ehtiyacınız olduğunu bilir.
Matta 6:32
Bütün qəlbinlə Rəbbə güvən, Öz idrakına etibar etmə. Bütün yollarında Onu tanı, O sənin yollarını düzəldər.
Süleymanin Məsəlləri̇ 3:5–6
Bütün qayğı yükünüzü Ona ötürün, çünki O sizin qayğınıza qalır.
1 Peter 5:7
Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).
Son günlər
Hamısına bax6 mar 2026
5 mar 2026
4 mar 2026
3 mar 2026
2 mar 2026
1 mar 2026
28 fev 2026
İman
Y2K fenomeni haqqında xristian perspektivini araşdırın, qorxu üzərində imana və qeyri-müəyyən zamanlar üçün…

Şagirdlik
Pavelin Timoteyə Birinci Məktubunu araşdırın, Timoteyin keçmişini, təlimini və Pavelin kilsə nizamı, dua və…

Ailə
Sağlam bir xristian evi üçün Allahın planını kəşf edin. Dua, Müqəddəs Kitab prinsipləri və həqiqi sevgi…

İman
Davudun sarsılmaz imanına və Allaha güvənməsinə diqqət yetirərək, Davud və Calutun əbədi hekayəsini araşdırın.

İbadət
Bu himn imanlıların Məsih vasitəsilə Ata Abba kimi Allaha yaxınlaşmasını, Onun lütfü ilə günahdan…
Qurtuluş
Allahın qorumasını, əzabdan xilasını və gündəlik həyatımızda şərdən qorunmasını əhatə edən xilasın Müqəddəs…