Qaranquş kimi, durna kimi çığırdım, Mən göyərçin tək inləyirəm. Göyə baxmaqdan gözlərim yoruldu. Ya Xudavənd, imdadıma çat, zülmə düşmüşəm!
Yeşaya 38:14
Gündəlik İşıq
Qaranquş kimi, durna kimi çığırdım, Mən göyərçin tək inləyirəm. Göyə baxmaqdan gözlərim yoruldu. Ya Xudavənd, imdadıma çat, zülmə düşmüşəm!
Yeşaya 38:14
Ey göylərdəki taxtında Oturan, Gözlərimi Sənə dikmişəm. Ağasının əlinə baxan qul kimi, Xanımının əlinə baxan kəniz tək Biz də Allahımız Rəbbə göz dikmişik, Bizə rəhm etməsini gözləyirik.
Zəbur 123:1–2
Ey Allah, fəryadımı eşit, Duamı dinlə. Düşkünlük qəlbimi alıb, Mən dünyanın ucqarından Səni çağırıram. Sən məni əlçatmaz bir qayaya apar. Çünki Sən mənim pənahgahımsan, Düşmənə qarşı möhkəm qülləsən. Qoy sonsuzadək çadırında yaşayım, Qanadlarının altında pənah tapım. Sela
Zəbur 61:1–4
Çünki Sən yoxsula sığınacaq, Sıxıntı içində olan fəqirə pənahgah, Fırtına vaxtı çardaq, İstilik vaxtı kölgəlik oldun. Qəddarların nəfəsi divara çarpan fırtına kimidir,
Yeşaya 25:4
Siz məhz bunun üçün çağırıldınız. Çünki Məsih də sizin üçün əzab çəkdi və sizə nümunə oldu ki, siz də Onun izi ilə gedəsiniz. O heç bir günah etmədi, Ağzından hiylə sözü çıxmadı. Onu söydülər, O isə cavabında söymürdü, Əzab çəkərək heç kimi hədələmirdi, Əksinə, ədalətli Hakimə Özünü təslim etdi.
1 Peter 2:21–23
İman uğrunda yaxşı mübarizə apar. Əbədi həyatı bərk tut; bunun üçün çağırıldın və yaxşı əqidəni bir çox şahid qarşısında iqrar etdin.
1 Ti̇moteyə 6:12
Makedoniyaya gələndə də cismən dinclik tapmadıq. Hər tərəfdən əziyyət çəkirdik. Bayırda çəkişmələr, daxildə qorxular var idi.
2 Kori̇nfli̇lərə 7:5
O dedi: «Qorxma, çünki bizimlə olanlar onlarla olanlardan çoxdur».
İki̇nci̇ Padşahlar 6:16
Nəhayət, Rəbdə və Onun böyük qüvvəsində möhkəmlənin.
Efesli̇lərə 6:10
Allah qalamdır, mənə qüvvət verər, Yolumu kamil edər.
İki̇nci̇ Şamuel 22:33
Əllərimə döyüş təlimi verər, Qollarım tunc kamanı dartar.
İki̇nci̇ Şamuel 22:35
Özümüzdən yaranan qabiliyyətimiz yoxdur və bunu iddia da edə bilmərik. Bizə qabiliyyət verən Allahdır.
2 Kori̇nfli̇lərə 3:5
Rəbdən qorxanları Onun mələyi müdafiə edər, Onlara zəfər verər.
Zəbur 34:7
Sonra Elişa dua edib dedi: «Ya Rəbb, onun gözlərini aç ki, görsün». Rəbb nökərin gözlərini açdı və o gördü ki, dağ odlu atlar və döyüş arabaları ilə doludur. Onlar Elişanı əhatəyə almışdı.
İki̇nci̇ Padşahlar 6:17
Daha nə deyə bilərəm? Gideon, Baraq, Şimşon, İftah, Davud, Şamuel və başqa peyğəmbərlər barəsində danışsam, vaxtım çatmaz. İman vasitəsilə onlar padşahlıqları məğlub etdilər, ədaləti icra etdilər, vədlərə nail oldular, aslanların ağızlarını bağladılar, şiddətli alovu söndürdülər, qılıncın ağzından qaçdılar, zəiflikdən qüvvətləndilər, döyüşdə güclü oldular, yadellilərin ordularını qovdular.
İbrani̇lərə 11:32–34
Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).
Son günlər
Hamısına bax4 mar 2026
3 mar 2026
2 mar 2026
1 mar 2026
28 fev 2026
27 fev 2026
26 fev 2026

Ruhani Müharibə
Eşitdiklərinizi Müqəddəs Kitabın həqiqəti ilə uyğunlaşdıraraq Allahın səsini şeytanın yalanlarından necə…

Allahın sifətləri
Allahın müqəddəsliyinin mahiyyətini, iman edənin Məsihdəki mövqeyi müqəddəsliyini və müqəddəsləşmə yolu ilə…
Ümid
Xristian ümidinin ölümcül xəstəliklə üzləşərkən belə təhlükəsizlik, güc və sevinc təmin etdiyini araşdırın.
Allah sevgisi
Pavel bizi Məsihə olan sevgimizi dərinləşdirmək üçün Onun qarşısındakı vəziyyətimizi xatırladır. Keçmiş…
Efeslilər
Efeslilərdə «Məsihdə» və «Rəbdə» ifadələrinin dərin mənasını araşdırın, mövqe həqiqəti ilə xarakteristik…
İmana gəlmə
Yetim birinin cinayət və zorakılıq həyatı onu həbsxanaya apardı. İsa Məsihdə əsl ruhani azadlığı tapması…