Beləcə siz də özünüzü Məsih İsada olaraq günaha münasibətdə ölü, Allaha münasibətdə isə diri sayın.
Romalilara 6:11
Gündəlik İşıq
Beləcə siz də özünüzü Məsih İsada olaraq günaha münasibətdə ölü, Allaha münasibətdə isə diri sayın.
Romalilara 6:11
Doğrusunu, doğrusunu sizə deyirəm: Mənim sözümə qulaq asıb Məni Göndərənə inanan şəxs əbədi həyata malikdir və ona hökm çıxarılmayacaq, əksinə, ölümdən həyata keçib.
Yəhya 5:24
Çünki mən Qanun vasitəsilə Qanuna münasibətdə öldüm ki, Allah üçün yaşayım. Məsihlə birlikdə çarmıxa çəkildim. Artıq mən yaşamıram, Məsih məndə yaşayır. İndi cismən yaşadığım həyata gəlincə məni sevib uğrumda Özünü fəda edən Allahın Oğluna olan imanla yaşayıram.
Qalati̇yalilara 2:19–20
Az bir müddətdən sonra dünya daha Məni görməyəcək, amma siz Məni görəcəksiniz. Mən yaşadığım üçün siz də yaşayacaqsınız.
Yəhya 14:19
Mən onlara əbədi həyat verirəm. Onlar heç vaxt həlak olmayacaq və heç kim onları əlimdən qapmayacaq. Onları Mənə verən Atam hamıdan böyükdür. Onları heç kim Atanın əlindən qapa bilməz. Mən və Ata birik».
Yəhya 10:28–30
Beləliklə, Məsihlə birlikdə dirildiyinizə görə ucalardakı şeyləri axtarın. Orada Məsih Allahın sağında oturub.
Kolosseli̇lərə 3:1
Çünki siz ölmüsünüz və həyatınız Məsihlə birlikdə Allahda saxlanılıb.
Kolosseli̇lərə 3:3
Əgər sizlərdən birinin müdrikliyi çatışmırsa, hər kəsə səxavətlə və məzəmmət etmədən verən Allahdan diləsin və ona veriləcək.
Yaqub 1:5
İsa dikəlib ona dedi: «Qadın, onlar hara getdilər? Bəs heç kim səni məhkum etmədi?» Qadın «heç kim, Ağa» dedi. Onda İsa dedi: «Mən də səni məhkum etmirəm, get, daha günah etmə».
Yəhya 8:10–11
Amma Allahın ənamı təqsir kimi deyil. Çünki bir adamın təqsiri üzündən çox adam öldüsə də, Allahın lütfü və bir Adamın, yəni İsa Məsihin lütfü ilə verilən ənam bir çoxları üçün daha böyük təsir göstərdi. Allahın ənamı həmin bir adamın günahının nəticəsi kimi deyil: bir günahdan sonra gələn hökm məhkumluq gətirdi, amma çoxlu təqsirdən sonra gələn ənam salehlik gətirdi.
Romalilara 5:15–16
Lakin mərhəməti bol olan Allah bizi böyük məhəbbətlə sevdiyi üçün təqsirlərimiz üzündən ölü olduğumuz halda bizə Məsihlə birlikdə həyat verdi. Onun lütfü ilə xilas oldunuz. Allah bizi Məsih İsada, Onunla birlikdə dirildib səmada oturtdu. Bunu Məsih İsada bizə etdiyi xeyirxahlıqla lütfünün hədsiz zənginliyini gələcək dövrlərdə də göstərmək üçün etdi.
Efesli̇lərə 2:4–7
O Öz Oğlunu belə, əsirgəməyib Onu hamımızın uğrunda ölümə təslim etdisə, Onunla birgə bütün şeyləri də bizə lütf etməyəcəkmi?
Romalilara 8:32
Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).
Son günlər
Hamısına bax26 fev 2026
25 fev 2026
24 fev 2026
23 fev 2026
22 fev 2026
21 fev 2026
20 fev 2026

Müqəddəslik
Müqəddəs Kitabın müqəddəslər haqqında həqiqətən nə öyrətdiyini kəşf edin. Hər bir imanlı ruhani…
Ruhani İnkişaf
Peterin son məktubu möminlərə zehinlərini Allahın mesajı ilə təzələməyi, Onun Kəlamına itaət etməyi və Onun…

Apologetika
Yaradılış, İsa Məsih və Müqəddəs Kitab vasitəsilə Allaha inanmaq üçün üç cəlbedici səbəbi kəşf edin. Bu gün…

Dünyəvilik
Worldliness is the enemy of godliness, impacting your heart and obedience. Learn to live unspotted from the…

Məsihçi həyatı
Miladın əsl mənasını nəğmələr vasitəsilə kəşf edin, İsa Məsih vasitəsilə Allahla barışıqdan gələn sülhə və…
Məsihçi həyatı
İsa imanlılar üçün cənnətdə yer hazırladıqdan sonra qayıdacağına söz verdi. Onun ikinci gəlişinə hazır…